Dünyada fərqli ayaqqabı markaları var və markasına görə qiymətləri də müxtəlifdir. Bu yazıda sizə dünyanın 10 ən bahalı ayaqqabıları haqqında topladığımız maraqlı məlumatları təqdim edirik.
"Zoluşkanın xrustal ayaqqabısı"- 450 min dollar
Bu əsrarəngiz ayaqqabının müəllifi Yeni Zelandiyadan olan Ketrin Uilsondur. Bu ayaqqabının qiyməti təxminən 418 - 450 min dollardır. Əl işi olan ayaqqabının ərsəyə gəlməsinə 50 saat vaxt sərf edilib və onun üzərində 2 minə yaxın dəyərli brilyant qaş var.
"Brilyant arzu"-500 min dollar
Stuard Vaysman tərəfindən hazırlanıb. Qiyməti 500 000 dollardır. Təsəvvür edin ki, bu ayaqqabılar 1500 min brilyant qaşlarla bəzədilib. Ayaqqabının dəyəri 30 karat brilyantın dəyərindədir və təmiz platindəndir.
"Merlin Monro"-1 milyon dollar
Merlin Monronun adını daşıyan bu ayaqqabının müəllifi Stuard Vaysmandır. Bu ayaqqabını birinci dəfə Rejina King 2005-ci ildə “Oskar” mükafatlandırılması mərasimində geyinib. Sonradan Svarovski daşları ilə bəzədilən və üzərində satindən qızılgül olan bu ayaqqabı auksionda 1 milyon dollara satılmışdır.
“Retro Rose”- 1 milyon dollar
"Retro Rose" ayaqqabısının modeli 1940-cı ildə Stuard Vaysman tərəfindən icad edilib .Qızıldan olan bu ayaqqabı 1800-ə qədər bahalı brilyant daşlar ilə bəzədilib. Bu daş-qaşlar məşhur Kvint firmasına aiddir. Dəyəri təxminən 1milyon dollara qədərdir.
“Rubin sandallar”-2 milyon dollar
Təmiz qırmızı atlasdan hazırlanan " Rubin sandallar" 123 karat olan brilyant daşlar ilə bəzədilib və üzərində, həmçinin 642 rubin qaş mövcüddur. Bu ayaqqabılar Londonda hərracda 2 milyon dollara satılıb.
“Platin sandallar"-1milyon 90 min dollar
Bu ayaqqabıları 2002-ci ildə Laura Herrinq “Oskar” mükafatlandırması mərasimində geyinib. Təmiz platindən olan bu ayaqqabının ayaq bağı belə 464 brilyantla bəzədilib. Qiyməti 1milyon 90 min dollardır. Ayaqqabının üzərində olan daş-qaşlar “Kvint” firmasına aiddir.
“Tanzalit qaşları ilə bəzədilən sandallar”-2 milyon
Bu qiymətli ayaqqabının qiyməti 2 milyon dəyərindədir. Ayaqqabının müəllifləri Stuard Vaysman və Eddi Vianomdur. Dəyərli ayaqqabının üzərində 2 rəngin(ağ və göy)ahəngini görmək olar.Bu ayaqqabının ayaq bağları belə 185 əyarlı bahalı tanzanit daşları ilə bəzədilib.
“Zoluşkanın dikdaban sandalları”-2 milyon dollar
11 santimetrlik dikdaban ayaqqabıları 2004-ci ildə Elison Kraus ilk dəfə “Qırmızı xalıda”geyinib. Ayaqqabıların üzəri 1 milyon dəyərində olan amaretto qaşlar və 595 əyarlı brilyant qaşlarla bəzədilib. Qiyməti isə 2 milyon dollardır.
“Rita Heyvort”- 3 milyon dollar
"Rita Heyvort" adlandırılan bu ayaqqabılar satin və brilyantdan hazırlanıb. Qəhvəyi rəng bu ayaqqabıya ayrı bir gözəllik qatır. 40-ci illərdə bu ayaqqabılar Hollivud ulduzu Rita Heyvorda məxsus olub. Qiyməti 3 milyon dollardır. Hazırda bu ayaqqabılar Rita Heyvordun qızına məxsusdur.
“Rubin ayaqqabı”- 3.5 milyon dollar
Bu ayaqqabılar 4600 rubindən və 50 əyarlı brilyantdan hazırlanıb. 1939-cu ilə aid bu ayaqqabının modeli “Əfsanələr ölkəsi” filmindən götürülüb. Bu əsrarəngiz ayaqqabının qiyməti 3.5 milyon dollardır.
Samirə Tağıyeva, “İki sahil”