10 iyun 2021 13:42
606

Orqanizmimiz üçün hərtərəfli faydalı olan yeganə tərəvəz

Əgər tərəvəzləri çox sevmirsinizsə, ancaq sağlamlıq naminə zaman-zaman vərdişlərinizdən imtina etməyə hazırsınızsa, deməli bu xəbər sizin üçündür: dietoloqlar bütün faydalı keyfiyyətləri özündə cəmləşdirən tək bir tərəvəzin adını açıqlayıblar . “BBC”nin populyar proqramlarından birinin qida mütəxəssisi və aparıcısı Ragan Çatterji, orqanizmimizin həqiqətən ehtiyac duyduğu yeganə tərəvəzin brokkoli olduğunu iddia edir.

 Brokkoli bağırsaqların normal işləməsi üçün zəruri olan bir tərəvəzdir: brokkoli içərisindəki lif bağırsaq sağlamlığı üçün çox faydalıdır və xərçəng də daxil olmaqla təhlükəli xəstəliklərin qarşısını almağa qadirdir. Brokkoli istifadəsi "pis" xolesterol səviyyəsini azaltmağa, ürək və qan damarlarını qorumağa, göz sağlamlığını yaxşılaşdırmağa və hətta depressiyanın qarşısını almağa kömək edir.

Harvard Universitetinin Tibb Fakültəsi tərəfindən aparılan bir araşdırmada bağırsaq xəstəliyi ilə artan narahatlıq və depressiya xəstəlikləri arasında bir əlaqə tapıldı. Beləliklə, brokkoli, bağırsaq xəstəliklərinin qarşısının alınması ilə ciddi zehni sağlamlıq problemlərindən də qoruya bilər. Həkimlər daha çox faydalı olması üçün brokkolini buxarda bişirməyi və ya yüngül qaynatmağı, qızartmamağı məsləhət görürlər.

Nubar Süleymanova, “İki sahil”