10 iyun 2021 14:12
617

“Facebook” yeni smart saat hazırlayır

Amerikanın “Facebook” şirkəti iki kameralı və LTE  texnologiyalı smart saat çıxartmağa hazırlaşır. Bu yenilik 2022-ci ildə təqdim olunacaq.

Ölkə mediasında yayılan məlumata görə, şirkət cihazın artıq ikinci və hətta üçüncü nəsil buraxılışı üzərində çalışır. İlkin məlumatlarda smart saatın 400 dollara satışa çıxarlacağı bildirilir. İlk model ağ, qara və qızılı rənglərdə olacaq.

“Facebook”un ağıllı saatları LTE dəstəyi ilə “öyünə” biləcək. Bundan əlavə, davamlı bir smartfona qoşulmadan da işləyəcək. Cihaz iki kamera ilə təchiz ediləcəkdir. Onlardan biri video zənglər üçün olacaqdır.

Nubar Süleymanova, “İki sahil”