10 iyun 2021 17:49
624

Parkinson xəstəliyindən uzaq olmaq üçün nə etməli?

Parkinson beyində "dopamin" maddəsinin əskikliyi ilə yaranan xroniki nevroloji bir xəstəlikdir. Yaşın irəliləməsiylə beyində dopamin ifraz hüceyrələrinin azalması və ya ziyana uğramasıyla ortaya çıxan xəstəliyin ən müşahidə edilən əlaməti hərəkət pozulmasıdır. Xəstəlik əllərdə və ayaqlarda titrəmə, hərəkətlərdə yavaşlama, əzələlərdə sərtlik və yerimə çətinliyi, duruşun pozulması, tarazlığın itməsi ilə müşahidə olunur.

Son illərdə bir neçə xəstəliyin müalicəsində alternativ yollar axtarılır. Alternativ tibbi yollardan əlavə, xəstəlikləyə qalib gəlmək üçün müalicədə yüksək əhval-ruhiyyənin də vacib olduğunu qeyd edilir. Son illər ərzində "Washington" universitetində aparılan araşdırmalar göstərir ki, məhz rəqs etmək xəstəliyin müalicəsində effektli rol oynayır.

Belə ki, parkinson xəstələrinə 1 il ərzində həftədə iki dəfə tanqo dərsləri keçirilib. Araşdırmanın nəticəsində isə rəqs edən xəstələrdə, etməyənlərlə müqayisədə sağalma müşahidə olunub. Alimlərin sözlərinə görə rəqs tarazlığı qoruduğuna görə ,beyinə də müsbət təsir edir.

Samirə Tağıyeva, "İki sahil"