Təbiət hər gün bizi təəccübləndirməyə davam edir. Çimərliyi düşünəndə ağlımıza sarı qumlar və dəniz gəlir. Bununla birlikdə, bütün dünyada maraqlı çimərliklər var. Bu çimərliklərin bəzilərində çəhrayı qum, bəzilərində qara, bəzilərində isə qum əvəzinə qabıqlar olur. Beləliklə, bu çimərliklər cazibə mərkəzinə çevrilir.
“İki sahil” dünyanın ən maraqlı çimərliklərini sizə təqdim edir.
Gizli çimərlik, Marieta - Meksika
Marieta adasında yerləşən bu çimərlik 20-ci əsrdə Meksika hökuməti tərəfindən atış təlimi kimi istifadə edilib.
Mağara çimərlik - Portuqaliya
Alqarve sahili boyunca aşınmış əhəngdaşı sayəsində gizli bir çimərlik meydana gəlib.
Parlayan çimərlik - Maldivlər
Madivlərdə Maddu adasında yerləşən bu çimərlik, dalğaların təsiriylə parlayan bir plankton (ən kiçik dəniz canlısı) növünə ev sahibliyi edir. Beləliklə, gecələr dərin bir mavi sahil görmək mümkündür.
Koekohe Beach - Yeni Zelandiya
Bu çimərlikdəki böyük yuvarlaq daşlara əjdaha yumurtası da deyilir. Bu daşlar çökmə süxurlar dalğalar nəticəsində zamanla aşınması sayəsində bu hala gəlib.
Katedral çimərliyi, Ribadeo – İspaniya
Katedrala bənzər bu çimərlik dağların min illər boyu sahili döyməsi sayəsində meydana gəlib.
Qırmızı çimərlik - Qalapaqos
Qırmızı çimərliyin soyuducu lavanın oksidləşməsi nəticəsində meydana gəldiyi düşünülür. Digər məlumata görə, bu rəngin mərcan qalıqları sayəsində yaranmasıdır.
Çəhrayı Qumlu çimərlik - Bahamalar
Mərcan qalıqları sayəsində Bahamalardakı bu çimərliyin qumları çəhrayı rəng alıb.
Maho Beach, Saint Martin Island - Karib adaları
Maho Beach hava limanına son dərəcə yaxın olduğu üçün burada üzmək maraqlı bir təcrübə ola bilər. Təyyarələrin enmək üçün bu qədər alçaqdan uçması qorxunc görünə bilər.
Shell Beach - Avstraliya
Bu bölgədəki dəniz suyu son dərəcə duzlu olduğundan midye asanlıqla çoxalır. Bu vəziyyətdə, dəniz qabıqları çimərliyi tamamilə əhatə edir. Qum əvəzinə yalnız dəniz qabıqlarını görmək mümkündür.
Glass Beach, Kaliforniya - ABŞ
Bölgədəki insanların çimərliyə şüşə atması nəticəsində Kaliforniyada bu çimərlik meydana gəlib və dalğalar sayəsində qum və çınqıllara çevrilib.
Green Sand Beach, Havay - ABŞ
Havayın vulkanik bir ada olması buradakı qumları yaşıl rəngə çevirib. Dənizə tökülən lavalar zeytun mineralını əmələ gətirir və sahilə vuran bu mineral çimərliyi yaşıl rəngə boyayır.
Qara Qum Çimərliyi, Havay - ABŞ
Punaluuda yerləşən qara qum çimərliyi lavanın dənizə töküldüyü və soyuduğu zaman meydana gəlib. Buradakı bazalt lavaları qara qum dənələrinə çevrilir.
Vüsal Cahanov, “İki sahil”