14 iyun 2021 16:35
2168

"FiFA" haqqında maraqlı məlumatlar - FOTO

Futbol üzrə dünya çempionatının rəsmi adı belədir- "FİFA"nın Dünya Kuboku.

Futbol üzrə dünya çempionatı cəmi 20 dəfə keçirilmişdir.

1912-ci ilə qədər qapıçılar meydanın tam ortasına qədər çıxaraq topu əllərinə götürə bilirdilər. Onların əlləri ilə belə qol vurduqları hallar olub. Sonra "FIFA" bu qaydanı ləğv etdi.

Federasiya 8 ölkə tərəfindən quruldu: Hollandiya, İsveçrə, Danimarka, Belçika, Fransa, İsveç, İspaniya və Almaniya. Üstəlik, almanlar öz təmsilçisini iclasa göndərmədi, ancaq birliyə qoşulma qərarını teleqrafla elan etdilər. Cənubi Afrika isə Dərnəyin ilk Avropaya aid olmayan üzvü oldu.

Futbol üzrə ilk dünya çempionatı 1930-cü ildə Uruqvayda (Cənubi Amerika) keçirilmişdir, elə ilk dünya çempionu da Uruqvay (1930-cu il) olmuşdur.

II Dünya müharibəsi dövründə və neçə illər sonra (1939-1949) futbol üzrə dünya çempionatının keçirilməsi dayandırılmışdır.

Braziliyalı futbolçu Pele dünya futbolunun kralı hesab edilir. O, 3 dəfə dünya çempionu olmuş yeganə futbolçudur. Pele futbol üzrə keçirilən dünya çempionatında rəqib komandanın qapısına 12 top vurmuşdu.

"FIFA"nın hal-hazırda  208 üzvü var, bu 3 dəfə Beynəlxalq Olimpiya Komitəsindən, 16 dəfə isə " BMT" dən çoxdur.

Braziliya yeganə ölkədir ki, futbol üzrə keçirilən dünya çempionatlarının hamısında iştirak etmişdir.

Futbol üzrə keçirilən matçlarda çempion olmuş ölkələr: Braziliya-5 dəfə, İtaliya-4 dəfə, Almaniya-3 dəfə, Uruqvay-2 dəfə, Argentina-2 dəfə, Fransa-1 dəfə, İngiltərə-1 dəfə, İspaniya-1 dəfə...

1930-1970-ci illərdə Futbol üzrə dünya çempionu olan komandalara" Jül Rime" kuboku verilirdi.

1970-ci ildə Meksikada keçirilən futbol üzrə dünya çempionatının finalında qarşılaşan Braziliya və İtaliya yığmalarının hər ikisi 2 dəfə dünya çempionu olduğundan 3-cü dəfə çempion olan komandaya kubokun həmişəlik verilməsini qərara alınmışdır . O, zamanlar bu kuboka Braziliya yığması həmişəlik sahib olmuşdur.

1974-cü ildən isə futbol üzrə dünya çempionlarına yeni kubok–"FİFA"nın Dünya Kuboku verildi.

2006-cı ildə "FIFA" da qalmaqallı bir hadisə baş verdi. 2006-cı ilin ən yaxşı futbolçusu Fabio Cannavaro seçildi və onun şərəfinə keçirilən mərasimdə ona "Diamond Ball" (Brilyant top) hədiyyə olundu. Lakin  bir ay sonra məlum oldu ki, "FIFA" səslərin sayılmasında bir səhfə yol verib. Beləliklə, nəticələrə yenidən baxıldı və nəticədə  Fabio Cannovaro mükafatını itirərək, ikinci yerə layiq görüldü.

Cənubi Afrika Respublikası ( CAR) futbol çempionatı keçirən  yeganə Afrika ölkəsidir. CAR FİFA-ya üzv olmuş ilk Afrika ölkəsidir. CAR 1964-cü ildə FİFA-dan kənarlaşdırılmışdır . Qeyd  edək ki, buna səbəb  ölkədə aparılan siyasi məsələlər idi. 1992-ci ildə isə CAR yenidən FİFA-ya qəbul edildi və  2010-cu ildə futbol üzrə XIX dünya çempionatı  bu ölkədə keçirildi.

Həm futbolçu, həm də məşqçi qismində dünya çempionu olmuş futbolçular bunlardır: Frans Bekkenbauer (1974, 1990) və Mario Zaqallo (1958, 1970).

Futbol üzrə dünya çempionatı tarixində ən tez vurulan qol Türkiyə yığmasının oyunçusu Hakan Şükürə məxsusdur. Bu 2002-ci ildə baş vermişdi. Hakan Şükür Türkiyə- C. Kopeya matçının 11 saniyəsində rəqiblərinin qapısına qol vurmuşdu. Həmin matç 3-2 hesabi ilə Türkiyənin xeyirinə bitmişdi.

Türkiyə futbol üzrə dünya çempionatında 3-cü yer tutan yeganə Şərq ölkəsidir. Qeyd edək ki,həmin möhtəşəm hadisə 2002-ci ildə baş tutmuşdu.

Bu yaxınlarda "FIFA" ətrafında yeni bir qalmaqal yaşandı. Afrika Futbol Konfederasiyasının vitse-prezidenti Somalidən olan  Fərah Addonun sözlərinə görə, 1998-ci ildə Fransada keçirilmiş Federasiya rəhbəri seçkiləri zamanı Blatterin namizədliyini dəstəkləməsi üçün ona  100.000 dollar rüşvət  təklif edib. Addo bu puldan imtina etsə də, onun 2  həmkarı bu pulu götürmüşdü. Onun etdiyi bu açıqlama böyük bir qalmaqala səbəb oldu.

Samirə Tağıyeva, "İki sahil"