Mərhum Xalq artisti Amaliya Pənahovanın xatirəsinə həsr olunan sənədli film çəkilib.
“İki sahil” xəbər verir ki, İctimai Televiziya layihəni aktrisanın doğum gününün şərəfinə hazırlayıb.
“Onun qəribə taleyi. Amaliya Pənahova” adlanan ekran işi aktrisanın evində, çalışdığı teatrlarda və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında çəkilib.
A. Pənahovanı aktrisa Aygün Fətullayeva canlandırıb. Eyni zamanda filmdə Elnur Məmmədov, Əhməd Salahov, Şahzadə Babayeva, Zülfiyyə Məmmədova və digərləri yer alıb.
Filmin ssenari müəllifi Vidadi Hüseynov, quruluşcu rejissoru Ruslan Hüseyndir.
Tünzalə Ağayeva və Nəsimi Məmmədovdan romantik duet – “Sənin üçün doğulmuşam”
İstedadlı yeniyetmənin uğurunda müəllim əməyinin izi – Və ya Azərbaycandan Avstriyanın məşhur səhnəsinə uzanan sənət hekayəsi
Nazir: Bütün mədəni irs nümunələrinin qorunmasına xüsusi həssaslıqla yanaşılır