Beş aylıq hamilə olan türkiyəli pop müğənni Bengü bir müddət əvvəl koronavirusa qarşı peyvənd vurdurub.
"İki sahil" Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun hamilə olmasına rəğmən peyvənd vurdurması müzakirələrə səbəb olub.
“Hamiləlik müddətində koronavirusa yoluxsam, bunun riski daha böyük olar. İnşallah körpəm anticisimlə doğulacaq”.
Popçu bildirib ki, gələn ay toyda, avqustda da konsertlər başlayanda səhnəyə çıxacaq və doğuma qədər səhnədə olacaq: “Çünki hamiləliyi xəstəlik kimi görmürəm”.
O deyib ki, ilk hamiləliyində də doğuma qədər iş başında olub. Müğənni doğulacaq övladına əri Səlimin adını verəcəklərini bildirib.
Tünzalə Ağayeva və Nəsimi Məmmədovdan romantik duet – “Sənin üçün doğulmuşam”
İstedadlı yeniyetmənin uğurunda müəllim əməyinin izi – Və ya Azərbaycandan Avstriyanın məşhur səhnəsinə uzanan sənət hekayəsi
Nazir: Bütün mədəni irs nümunələrinin qorunmasına xüsusi həssaslıqla yanaşılır