Qvatemala Respublikasının ölkəmizdə yeni təyin olunmuş qeyri-rezident səfiri Jairo David Estrada Barrios AMEA Hüseyn Cavidin ev-muzeyində olub.
Muzeydən "İki sahil"ə bildiriblər ki, görüşdə səfirə Hüseyn Cavidin həyat və yaradıcılığı, faciəli taleyi, xatirəsinin əbədiləşdirilməsi, Bakıda ev-muzeyinin yaradılması, muzeyin fəaliyyəti və s. haqqında ətraflı məlumat verilib.
Səfir Hüseyn Cavidin ev-muzeyinin nəşrləri ilə də tanış olub. Ona Azərbaycan və ingilis dillərində çap olunmuş “Cavid hikməti: seçmə aforizmlər” kitabı hədiyyə edilib.
Tünzalə Ağayeva və Nəsimi Məmmədovdan romantik duet – “Sənin üçün doğulmuşam”
İstedadlı yeniyetmənin uğurunda müəllim əməyinin izi – Və ya Azərbaycandan Avstriyanın məşhur səhnəsinə uzanan sənət hekayəsi
Nazir: Bütün mədəni irs nümunələrinin qorunmasına xüsusi həssaslıqla yanaşılır