"Azərbaycanfilm" kinostudiyası və Türkiyənin "Dada Yapım" şirkətinin birgə istehsalı "Fulya" filminin çəkilişlərinə başlanıb.
"İki sahil" xəbər verir ki, film Vətən müharibəsi dövründə müharibənin acı və yıxıcı həqiqətlərini ilk səsdən dünyaya çatdıran “CNN Türk” televiziyasının hərbi müxbiri Fulya Öztürkün keçdiyi şərəfli yolu onun ifadəsində ən xüsusi kadrlarla yenidən əks etdirəcək.
Filmin ssenari müəllifi və rejissoru Tahir Tahiroviç, təsvir rejissoru Cengizhan Durmaz, prodüserlər Fariz Əhmədov və Özcan Dadadır. Çəkilişləri Gəncə, Tərtər və Şuşada aparılacaq.
Film Mədəniyyət Nazirliyinin sifarişi ilə ekranlaşdırılır.
Tünzalə Ağayeva və Nəsimi Məmmədovdan romantik duet – “Sənin üçün doğulmuşam”
İstedadlı yeniyetmənin uğurunda müəllim əməyinin izi – Və ya Azərbaycandan Avstriyanın məşhur səhnəsinə uzanan sənət hekayəsi
Nazir: Bütün mədəni irs nümunələrinin qorunmasına xüsusi həssaslıqla yanaşılır