Müğənni Talıb Tale şəxsi həyatı ilə bağlı verilən suallara aydınlıq gətirib.
"İki sahil" xəbər verir ki, “Onun Sirri” verilişinin növbəti qonağı olan ifaçı nişanlısından ayırlmasının səbəblərini açıqlayıb.
İki dəfə nişanlı olan sənətçi ayrılıq səbəbi haqqında bunları deyib:
“Birinci nişanımda qızı xalam məsləhət görmüşdü. 20 yaş fərqimiz vardı. Aramızda fikir uyğunsuzluğu var idi. Məndən diqqət tələb edirdi. Sevə bilmədim. Ayrıldığıma peşman deyiləm. Yaxşı ki, belə olub. Ailə qursaydıq dağılacaqdı. İkinci nişanlım haqqında isə danışmaq istəmirəm, səbəblər demək olar eyni idi. Nişanda çəkilən şəkillər bilərəkdən yayılmışdı. Saytlara göndərib, "paylaşın" deyilib”.
Tünzalə Ağayeva və Nəsimi Məmmədovdan romantik duet – “Sənin üçün doğulmuşam”
İstedadlı yeniyetmənin uğurunda müəllim əməyinin izi – Və ya Azərbaycandan Avstriyanın məşhur səhnəsinə uzanan sənət hekayəsi
Nazir: Bütün mədəni irs nümunələrinin qorunmasına xüsusi həssaslıqla yanaşılır