Türkiyə 34 ildir iştirak etdiyi “Avroviziya” mahnı müsabiqəsinə yenidən qatılmaq istəyir.
“İki sahil” xəbər verir ki, bu barədə ölkənin dövlət kanalı olan TRT-nin baş direktoru İbrahim Eren məlumat yayıb.
O, sosial media hesabında qeyd edib ki, yarışmaya qatılmaq barədə danışıqlara başlanılıb. Danışıqlar müsbət nəticə verdiyi halda Türkiyə gələn il müsabiqədə yer alacaq.
Qeyd edək ki, bir müddətdir Türkiyənin mədəniyyət üzvləri “Avroviziya”ya qayıtmaq barədə sosial şəbəkələrdə kampaniyaya başlayıblar.
Tünzalə Ağayeva və Nəsimi Məmmədovdan romantik duet – “Sənin üçün doğulmuşam”
İstedadlı yeniyetmənin uğurunda müəllim əməyinin izi – Və ya Azərbaycandan Avstriyanın məşhur səhnəsinə uzanan sənət hekayəsi
Nazir: Bütün mədəni irs nümunələrinin qorunmasına xüsusi həssaslıqla yanaşılır