23 iyun 2021 12:14
690

Əhalinin 19 faizi vaksinasiya olunub

Azərbaycanda vaksinasiya olunan əhalinin sayı açıqlanıb.

“İki sahil” xəbər verir ki, ölkə əhalisinin 19 faizi koronavirus əleyhinə peyvənd olunub. Ölkə əhalisinin 81 %-i isə hələ vaksinasiya prosesindən keçməyib.

Qeyd edək ki, hazırda ölkədə “CoronaVac”, “Vaxzevria”, “Sputnic V”, “Pfizer” peyvəndlərindən istifadə olunur. Peyvəndləmə könüllü və dövlət hesabına aparılır.