23 iyun 2021 12:59
1003

Türkiyə tarixində ən çox kokain ələ keçirilib

Türkiyənin cənubunda yerləşən Mersin limanında son bir həftə ərzində keçirilən əməliyyat nəticəsində 1 ton 763 kq kokain ələ keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə məlumatı Türkiyə Ticarət Nazirliyi yayıb.

Bildirilib ki, nazirliyin Gömrük Mühafizə Xidmətinin əməkdaşları ötən həftə Mersində Türkiyə tarixində ilk dəfə olaraq 1,3 ton kokain ələ keçirmişdi. Ötən gün isə 463 kiloqram kokain tutulub. Nəticədə bir həftə ərzində 1 ton 763 kq bu narkotik maddə ələ keçirilib.