23 iyun 2021 14:57
1095

Dünyanın yaşamaq üçün ən əlverişli şəhərinin adı açıqlanıb - FOTO

Yeni Zelandiyanın ən sıx məskunlaşmış şəhəri olan Oklend dünyanın yaşamaq üçün ən əlverişli 140 şəhəri siyahısında birinci olub. “The Economist” jurnalının hazırladığı siyahıda göstərilir ki, COVİD-19 epidemiyasına qarşı aparılan mübarizədə Oklend çox uğurlu olub və hazırda yaşanmalı ən yaxşı şəhərlər içərisində lider seçilib.

Oklenddən sonra Yaponiyanın Osaka, Avstraliyanın Adeliada, Yeni Zelandiyanın Vellinqton şəhərləri və Yaponiyanın paytaxtı Tokio qərarlaşıb.

Bununla yanaşı, ötən il bu reytinqdə top onluğa düşən 8 Avropa şəhəri bu il geridə qalıb. Ötən il birinci seçilən Avstriyanın paytaxtı Vyana bu il 12-ci olub.

Sabitlik, infrastruktur, təhsil və səhiyyə xidmətləri kriteriyalarının əsas götürüldüyü reytinqdə bu il koronavirusun yayılmasına qarşı şəhərləri idarə etmək qabiliyyəti də nəzərə alınıb.

Siyahıda sonuncu yerdə Dəməşq şəhəri qərarlaşıb. Suriyanın paytaxtı Dəməşqdə səngiməyən konfliktlər səbəbindən yaşamaq çox çətindir.

Nubar Süleymanova, “İki sahil”