23 iyun 2021 16:45
605

SOCAR "Ukrayna dəmir yolları” üçün dizel yanacağı tədarük edə bilər

“Ukrayna Dəmir Yolları” (“Ukrzaliznıtsa”) 200 min ton dizel yanacağı almaq niyyətindədir.

“İki sahil” Ukrayna mətbuatına istinadən xəbər verir ki, artıq dövlət müəssisəsi bu məhsulun tədarükü ilə bağlı tender elan edib.

2021-ci il üçün dizel yanacağının tədarükü ilə bağlı elan edilmiş tenderə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə “SOCAR Energy Ukraine” şirkəti də qatılıb.

Bundan başqa, tenderə OKKO, “Torum”, “QazStream”, “Alliance Energo Trade”, “Oil Trade 2008”, “Livayn Torq” və “Martin Trade” şirkətləri də iştirak üçün ərizə veriblər.