24 iyun 2021 11:10
594

Sahibkarlar üçün vahid e-ticarət və e-aqrar platformaları yaradılıb

Azərbaycanda sahibkarlar üçün vahid elektron ticarət (b2bask.az) və elektron aqrar (b2bagro.az) platformaları yaradılıb.

“İki sahil” xəbər verir ki,  bu barədə Azərbaycan Sahibkarlar Konfederasiyasından bildirilib.

Qeyd olunub ki, hazırda platformalara sahibkarların məhsullarının yüklənilmə prosesinə başlanılıb.

Sözügedən platformalar ölkədə ilk B2B platformalar olaraq, yerli və xarici şirkət və sahibkarların məhsullarını yerli və MDB ölkələrinin bazarlarında onlayn tanıtımı və satışına hərtərəfli dəstək göstərmək, alıcı və partnyor, təchizatçı və diler tapmaqda kömək etmək üçün yaradılıb.