24 iyun 2021 14:56
767

Su sexində partlayış olub: Oksigen balonu partlayıb

Qaxda mineral su sexində partlayış olub, sexin işçisi faciəli şəkildə ölüb.

“İki sahil” xəbər verir ki,  hadisə bu gün günorta saatlarında rayonun Süskənd kənd inzibati ərazisində yerləşən "Qax Mineral Su - İlham” firmasında baş verib.
Mineral su sexlərindən birinin sahəsində yerləşdirilən yüksək təzyiqlə sıxılmış oksigen balonu partlayıb. Balonun partlaması zamanı yaranan zərbənin gücündən firmanın ərazidə olan əməkdaşı, Qax şəhər sakini, 54 yaşlı Aydın Əşrəf oğlu Şabanov ağır xəsarətlər alaraq ölüb.

Hadisə baş verən an ərazidə olan sexin daha bir işçisi 1982-ci il təvəllüdlü Rizugər Mehman qızı Verdiyeva güclü stres keçirib. R. Verdiyeva müayinə üçün Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.