24 iyun 2021 16:17
666

Bakıda 2 avtomobil toqquşub, biri aşıb

Bakıda yol qəzası baş verib.

“İki sahil” xəbər verir ki, hadisə 8 Noyabr prospektində qeydə alınıb.

Belə ki, BMW markalı avtomobillə “Niva” markalı maşın toqquşub. Nəticədə “Niva” markalı avtomobil aşıb.

Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb, hər iki avtomobilə ciddi ziyan dəyib.