24 iyun 2021 16:41
433

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 66 010 vaksin vurulub.

“İki sahil” xəbər verir ki,  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 36 942, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 29 068 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 146 350, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 034 554, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 111 796 təşkil edir.