24 iyun 2021 16:56
503

AVRO-2020-nin favoritləri açıqlandı

"Opta" statistika platforması futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsinə vəsiqə qazanmış yığmaların şanslarını dəyərləndirib.

“İki sahil” xəbər verir ki, turnirin əsas favoriti 19,6 faizlə Fransa millisi hesab olunur. Çempionluğa iddialıların siyahısında ikinci pilləni Belçika seçməsi (17,9 faiz) tutub. İlk "üçlüy"ü 12,9 faizlə İspaniya kollektivi tamamlayır.

Almaniyanın şansları 9,3 faiz qiymətləndirilir. Bu göstərici Niderland və İngiltərədə 8,5 faiz, İtaliyada 8 faiz, Portuqaliyada 5,8 faiz, Danimarkada isə 3,6 faizdir.

Ən az şans verilən yığmalar isə bunlardır: İsveç - 1,9 faiz, İsveçrə, Ukrayna - hər ikisi 1,1 faiz, Uels - 0,8 faiz, Xorvatiya - 0,5 faiz, Avstriya - 0,1 faiz.

Qeyd edək ki, AVRO-2020 1/8 final mərhələsinin oyunları iyunun 26 - 29-da keçiriləcək.