24 iyun 2021 17:18
983

Ətraf aləmlə bağlı bilikləriniz artırmaq üçün maraqlı faktlar - FOTO

Avstraliya nə üçün Hollandiya adlandırılırdı, ofis fincanları nə üçün gigiyenik deyil və s. kimi sualların cavablarını bir yerə toplamaqla aşağıda bilik dairənizi genişləndirəcək məlumatları təqdim edirik:

19-cu əsrin əvvəllərinə qədər Avstraliya Yeni Hollandiya adlanırdı

1644-cü ildə hollandiyalı səyyah Abel Tasman Avstraliya materikinə ayaq basdıqda onu Yeni Hollandiya adlandırdı. O zamanlar "Avstraliya" (ya da "Terroy Australis" - "cənub torpağı" hazırda Antarktida olaraq tanıdığımız qitə adlanırdı.

Ofis fincanlarının 20 %-də fekal bakteriyalar toplanır

Arizona Universitetindən olan tədqiqatçılar müəyyən ediblər ki, ofislərdə “təmiz” olduğu bilinən fincanların 90 %-i mikroblarla doludur. Hətta bu bir yana, onların 20% -i ümumiyyətlə nəcisdə olan bakteriyalardır (məsələn, koliform bakteriyası, E. coli) Bununla onlar ofis həyatının gigiyenik olmadığını açıqladılar.

Panda balalarının həyatı üçün ən ciddi təhdidlərdən biri də analarıdır

Yeni doğulan pandalar analarından demək olar ki, min dəfə kiçik olurlar.
Bu, məməlilər arasında ana-bala ölçüsündə ən böyük fərqlərdən biridir. 90 kiloqram ağırlığında olan analar və bu qədər kiçik körpələr, valideynlərin hər hansı bir tərpənişi və ya yöndəmsiz hərəkəti körpə üçün ölümcül ola bilər.

Kosmosa aparılan ilk canlı drozofillər olub

20 Fevral 1947-ci ildə bir neçə drozofil (meyvə milçəyi)Yerdən kosmosa aparılan ilk canlı məxluq oldu. NASA-nın qurulmasından 11 il əvvəl amerikalılar tərəfindən göndərildi: milçəklər II Dünya Müharibəsinin sonunda zəbt edilən alman raketinə yerləşdirildi. Milçəklər 100 kilometrdən bir qədər yüksəkliyə çatdılar və salamat şəkildə geri qayıtdılar. Bundan sonra uzun və geniş bir missiya başladıldı, atmosferin kəndarına müxtəlif heyvanlar –meymun, it, sonradan isə insan göndərildi. 

Təkərli ofis kreslosunu Çarlz Darvin düşünüb

Kent Çarlz Darvin üçün Daun-Xausdakı ofisində tədqiqat ekspedisiyaları zamanı topladığı bütün nümunələri tədqiq edərkən ağır bir kreslodan qalxmaq yenidən oturmaq, hərəkət etmək praktiki deyildi. Buna görə də o, kreslonun ayağına dörd təkər bağladı və beləcə ilk dəfə təkərli ofis kreslosu ideyasını yaratmış oldu.

Koko Şanel gizli bir nasist agenti olub

 Məlumdur ki, İkinci Dünya Müharibəsi zamanı Koko Şanel nasist zabitinin sevgilisi olub. Ancaq son on ildə, hekayənin araşdırılması və Fransa polisinin gizli məxfi sübutları ilə modelin nasistlərlə nə qədər güclü əlaqəsi olduğu aydın olub.

O yalnız antisemitizm tərəfdarı olmayıb, həm də Paris işğal edildikdən sonra nasistləri tez-tez ziyarət edirdi, eyni zamanda Vestminster şifrəli adla gizli agent rolunu oynayırdı. Madridin ələ keçirilməsinə dair planın hazırlanmasında və Çörçil ilə danışıqlarda iştirak edən missiyada birbaşa iştirak etdi. Müharibədən sonra təqibdən tamamilə qaçmağı bacardı və onun moda imperatorluğu hər zamankindən daha uğurlu oldu.

17-ci əsrdə Osmanlı İmperiyasında qəhvə içmək ölüm cəzası ilə cəzalandırılırdı

1623-1640-cı illərdə sultan IV Murad bütün imperiyada tütün, narkotiklə yanaşı qəhvə içməyi də qadağan etmişdi. Sultan özü hətta küçələrdə adi geyimdə gəzərək kofemanları tutduqda edam etdirirdi.

Onun qəhvəyə qarşı “düşmənçiliyinin” əsas səbəblərindən biri də kişilərin toplandığı kafelərin populyarlığı idi. Orada onlar söhbət edir, şeir dinləyir, şahmat və nərd oynayırdılar. Sultan onların məscidə getməyərək bunu etməsini sevmirdi. Ölüm cəzası insanları qəhvədən ayıra bildimi? Qətiyyən. Qəhvə Türkiyədə populyar bir içki olaraq qaldı və din xadimləri nəticədə insanların ondan imtina etməyəcəkləri ilə razılaşdılar. IV Murada gəlincə, ehtimal edilir ki, o, alkoqol istifadəsi səbəbindən qaraciyər sirozundan dünyasını dəyişib.

Skandinaviyanın bəzi şəhərlərində krematoriyadən alınan istilik evləri qızdırmaq üçün istifadə olunur

Krematoriyalar çox istilik yaradır.Həmin istilik qismən soyutma qüllələri ilə soyudulur. Ancaq Danimarka və İsveçdə həmin istilikdən xeyirli məqsədlər üçün istifadə etmək qərarına gəlinib.

Bu ağıllı və ekoloji cəhətdən təhlükəsiz qərarın etik normaları aşmadığını dəqiqləşdirdikdən sonra kremasiya istiliyindən evləri qızdırmaq üçün istifadə edilməyə başlanıldı.

 Orta əsrlərdə qara istiot dəyərli bir məhsul sayılırdı, borc və arendaları ödəmək üçün istifadə edilirdi

Vətəni Cənubi Hindistan olan istiot ədviyyatı hələ qədimdən dərman bitkisi kimi və yeməkləri dadlandırmaq üçün istifadə olunub. Lakin orta əsrlərdə nadir tapılan olduğuna görə çox bahalaşdı və dəyərli məhsula çevrildi.

Daha sonra qara bibər və digər ədviyyatların idxalı ilə bağlı bu çətinliklər Xristofor Kolumbu Osmanlı İmperiyasını atlayaraq Hindistana çatmaq üçün qərbə üzməyə məcbur etdi. Ekspedisiyaçılar Amerikada qara bibər tapmadılar. Ancaq tədqiqatçılar  orada çili bibərini kəşf etdilər.

Nə vaxtsa odekalonlar vəba xəstəliyinə qarşı istifadə olunub

Təsəvvür edin ki, 200-300 il əvvəl qaynar bir pandemiya dönəmindəsiniz. Heç bir spirt və ya gellər yoxdur, evdən işləmək imkanı və s. yoxdur. O dövrdə insanlar inanırdılar ki, xəstəliklər, virus və bakteriyalar havadan gəlir və onlarla mübarizə aparmaq üçün ilk növbədə yaxşı qoxular lazımdır. Buna görə də odekalondan dəhşət çox istifadə edilirdi, hətta bəzən içirdilər. Əlbəttə ki, vəba epidemiyasının bitməsində bu, heç bir rol oynamadı.

Balıq yemək saçları gurlaşdırır

Qızıl balıq, sardiniya və skumbriyada çoxlu yağ olduğundan, xüsusilə omeqa-3 ilə zəngin olduğundan saçların sağlamlığını bərpa edir, parıltı verir və tökülməsinin qarşısını alır.

Tədqiqatlara görə, iqlim dəyişiklikləri səbəbindən 2050-ci ildə artıq kakao bitkisi olmayacaq

 Kakao bitkisi dünyanın çox dar bir zolağında yetişdirilir: il ərzində nisbətən sabit temperatur və rütubət olan yerlərdə, yalnız ekvator ətrafında böyüyürlər. Lakin yaxın onilliklərdə bu bölgələrin iqlimi daha isti və quru ola bilər - o zaman kakaonun böyümək üçün yeri olmayacaqdır.

Mars kimi nəhəng şokolad şirkətləri bu şərtlərə cavab verə biləcək GMO bitkiləri yaratmaq üçün həll yolları tapmaqla bağlı elm adamları ilə çox çalışır. Ancaq dəqiq bilinən budur ki, yavaş-yavaş şokoladın bələd olduğumuz tamı ilə vidalaşmalı olacağıq.

Bir insanın DNT-da 50 romanda olan qədər informasiya saxlanılır

Britaniyalı fizik Stefen Hovkinq bunu ən yaxşı şəkildə izah etdi: “Genlərimizdəki faydalı məlumatların ümumi miqdarı, ehtimal ki, yüz milyon bitdir. Kağız bir roman iki milyona yaxın məlumat ehtiva edə bilər. " Beləliklə, o, bir insanın DNT-sindəki məlumat miqdarının əlli romandakı məlumatlara bənzər olduğu qənaətinə gəldi.

Nubar Süleymanova, “İki sahil”