“Azərxalça” ASC-nin İdarə Heyətinə sədr müavini təyin edilib.
“İki sahil” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, sözügedən vəzifə Ceyhun Əlibəyova həvalə olunub.
O, Azərbaycan Dövlət Rəssamlıq Məktəbində rəsmxətt və rəsm müəllimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində isə qrafik rəssam ixtisası üzrə təhsil alıb, bundan əvvəl həm yerli, həm də beynəlxalq korporasiyalarda 15 il müddətində rəhbər vəzifələrdə çalışıb, “GlaxoSmithKline” (GSK) şirkətində müxtəlif vaxtlarda Azəbaycan və Gürcüstan nümayəndəliklərinin rəhbəri və MDB regionunda biznesin inkişafı üzrə koordinator kimi fəaliyyət göstərib.
C.Əlibəyovun biznesin inkişafı üzrə strategiyanın yaradılması, layihələrin aparılması və həyata keçirilməsi, maliyyənin idarə edilməsi, satış və marketinq kimi sahələr üzrə böyük təcrübəsi var.
Tünzalə Ağayeva və Nəsimi Məmmədovdan romantik duet – “Sənin üçün doğulmuşam”
İstedadlı yeniyetmənin uğurunda müəllim əməyinin izi – Və ya Azərbaycandan Avstriyanın məşhur səhnəsinə uzanan sənət hekayəsi
Nazir: Bütün mədəni irs nümunələrinin qorunmasına xüsusi həssaslıqla yanaşılır