08 iyul 2021 14:10
1090

Futbolçu kimi bacarmadı, amma baş məşqçi kimi…

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt “Avro-1996”-da İngiltərə millisinin oyunçusu olub.

1966-cı ildə Dünya Çempionu olduqdan sonra belə turnirlərdə bir daha qalib gələ bilməyən ingilislər, “Avro-96”da favorit göstərildiyi  turnirin yarım-finalında penaltilərlə Almaniyaya məğlub olublar.

Təsadüf odur ki, Almaniya ilə  oyunda son penaltini vuran Qaret Sautqeyt zərbəni  qola çevirə bilməyib. İngiltərə həmin il finala vəsiqə qazana bilməyərək, final həm də kubok həsrətini 2021-ci ilə qədər davam etdirib. O, penaltini vura bilməyən Sautqeyt illər sonra milli komandanın baş məşqçisi olub. İngilislər əvvəlcə "Futbol evinə dönür" şüarı ilə 2018-ci il Dünya Çempionatında yarım-final oynayıb və indi də “Avro-2020”nin finalına vəsiqə qazanıb. İngilislər əgər finalda İtaliyanı məğlub edərlərsə, 55 il sonra bu turnirin qalibi olacaqlar.

Vüsal Cahanov, “İki sahil”