13 iyul 2021 14:51
1460

Həyatları möcüzə olan insanlar - FOTO

Yaşadıqları həyatdan və qəzalardan sonra “qətiliklə öldü'” dediyimiz, lakin möcüzə nəticəsində sağ qalan insanlara da olur.

“İki sahil”  həyatları möcüzə olan bu  insanları sizə təqdim edir.

Başına böyük mismarlar girdi

Çində bir insanın başına gələnlər hamını heyrətə gətirib. Bu hadisə illər əvvəl baş verib. Mismarların baş hissəsi xaricdən aydın şəkildə görünərkən, həkimlər çinli adamı rentgen edib və üç böyük mismar aşkar ediblər.

Dərhal əməliyyata alınan kişinin başındakı mismarlar bir-bir çıxardılıb.

Araşdırmada çinlinin evini təmir edərkən mismar tapancası ilə yaralandığı məlum olub. Başına vurulan mismarlardan 2 gün sonra xəbər tutan kişinin indi sağlamlığı yaxşıdır.

65 ildir yuyunmur

İranda yaşayan bir insan 65 ildir çimmir. Kül içində bir həyat yaşayan Amoo Haci, 85 yaşındadır. Çimməməsinin səbəbi olduqca maraqlıdır. Haci yuyunarsa xəstələnəcəyini düşünür. Yaşadığı kənddəki insanlara görə isə gəncliyində yaşadığı eşq acısından sonra belə bir həyata üstünlük verib.

Əsl “buz adamı”

Hollandiyada yaşayan Vim Hof “buz adamı” olaraq da bilinir. Buz altında üzə bilir və saatlarla buzun içində qala bilir.

Hətta Mt Blanc dağına qısa müddətdə dırmanan 48 yaşlı Vim Hof bu baxımdan da dünya rekordları qırıb.

Tam bir rəqəmçi

10 minə qədər rəqəmləri xüsusi bir qavrama qabiliyyəti ilə qavrayan bu biyonik insan maraqlı bir bacarığa sahibdir. Eyni zamanda dil bacarığına da sahib olan Daniel Tammet hər hansı bir dili çox tez və heç bir çətinlik çəkmədən öyrənə bilir.

“Mega Memory Man”in qadın versiyası

Altı il əvvəl neyrobioloq Jim Mc Gaugh maraqlı bir işə rast gəlib. 40 yaşlı evli bir qadın, “yaşadığım bir şeyi unutmuram” iddiası ilə bir mütəxəssisə müraciət edib. Araşdırmanın sonunda qadının həqiqətən heç nəyi unutmadığı ortaya çıxıb. Qadının son 25 ilində baş verənlərini araşdıran həkimlər, qadının ən kiçik detalları belə xatırladığını ortaya qoyublar. AJ kod adı verilən qadın bu gün 25 il əvvəl havanın necə olduğunu xatırlayır.

Helikopter səsi çıxardır

Çinli Zanq Quan qeyri-adi xüsusiyyəti ilə rekordlar kitabına belə düşməyi bacarıb. 70 yaşlı bu kişi 107 desibel ilə əl çalır. Bu səviyyə də helikopterdən çıxan səs gücünə çox yaxındır.

Vüsal Cahanov, “İki sahil”