21 iyul 2021 12:51
633

Messi bu evi kirayələdi - 200 min dollara/FOTO

Məşhur futbolçu Lionel Messi həyat yoldaşı Antonella və üç övladı ilə birgə Mayamidə tətilə yollanıb.

"İki sahil" xəbər verir ki, futbolçu istirahət üçün aylığı 200 min dollara olan malikanə kirayələyib.

Xüsusi təhlükəsizlik sistemi ilə təchiz olunan 760 kvadratmetrlik villada 5 yataq, 3 avtomobil üçün nəzərdə tutulan qaraj, 5 vanna, oyun otağı, hovuz var.