21 iyul 2021 13:34
1093

Məşhur müğənni aparıcı ilə sevgilidir

Türkiyəli müğənni Cem Belevinin aparıcı Bircan Bali ilə eşq yaşadığı iddia olunur. 

"İki sahil"in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, cütlük Çeşmədə səmimi şəkildə görüntülənib. Qeyd edək ki, Cem Belevi ötən il nişanlısı Zehra Yılmazdan ayrılıb. Bircan Bali isə keçən ilin mart ayında keçmiş həyat yoldaşından boşanıb.