22 iyul 2021 03:54
465

"Olimpiakos" Azərbaycanda məşq etməyəcək

"Çox çətin oyun oldu. Matçın ilk yarısından sonra çətinliklər yaşadıq. Sistem dəyişikliyindən də yararlanmalı olduq. Əminik ki, cavab görüşündə əlimizdən gələni edərək, rəqibin güclü oyuna hazır olacağıq".

Bunu Yunanıstan "Olimpiakos"unun baş məşqçisi Pedro Martins evdə "Neftçi"yə 1:0 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis bildirib ki, çətinliklərə rəğmən, meydana yeni daxil olanlar oyunun gedişinə müsbət təsir göstrəriblər.

Portuqaliyalı baş məşqçi Azərbaycanda məşq etməyəcəklərini və Bakıya hazır formada gedəcəklərini söyləyib: "Oyun stadionunda vəziyyət necə olsa da, biz ora hazır gedəcəyik".

Qeyd edək ki, cavab görüşü iyulun 28-də "Bakcell Arena"da keçiriləcək.

"Report"