28 iyul 2021 17:24
2256

Rənglər psixologiyamıza təsir edir?

Son illər ərzində alimlərin apardıqları araşdırmalar nəticəsində məlum olub ki, sən demə  rənglərin bizim psixologiyamıza böyük təsiri var. Bəs müxtəlif rənglər psixologiyamıza necə təsir edir?

 Məsələn, ağ rəng enerji sistemini tarazlaşdırır, yaradıcılıq qabiliyyətini ortaya çıxarır və inkişaf etdirir.

Qara, boz və qəhvəyi rəng ağır bir enerjiyə malikdir. Qara rəngin tək rəng kimi istifadə edilməsi məsləhət deyil. Qəhvəyi rəng ictimai tarazlığı və cəmiyyət içində rahatlığı təmin edən təsirə malikdir.

Sarı rəng adətən ilham qaynağı kimi tanınmaqdadır . Bu rənq insana nikbin əhval-ruhiyyə bəxş edir. İşıq saçan bu rəngin müxtəlif çalarları mətbəx üçün daha münasibdir. Lakin sarı rəngin tonlarından  iş otaqlarında istifadə etmək olmaz, çünki zehni yorğunluğa səbəb ola bilər. İstirahət guşələrində də istifadəsi məsləhət deyil.

 Yaşıl  sakitləşdirici rənglər sırasına daxildir. Bu rəng əməkdaşlığa, comərdliyə bir növ çağırışdır. Adətən bu rəng özünü ifadə etməyə köməkçi olur. Otaqları daha geniş göstərir. Yataq və iş otaqlarında da istifadə edilə bilər. Açıq rəngləri divar üçün uyğundur.

Qırmızı rəng isə öz növbəsində  iş qabiliyyətini artırır. Tənbəlliyin düşmənidir, lakin əsəbiliyə də yol aça bilir. Hərəkətin daha çox olduğu yerlərdə, dəqiqliyi ilə desək uşaq otaqlarında, ictimai yerlərdə  istifadə edilməsi məsləhətdir.

Mavi rəng isə xəyalpərəstlik və həddindən artıq romantiklik yarada bilər. Sakitləşmək, stresi aradan qaldırmaq üçün yararlıdır. Hərəkətin və işin çox olduğu yerlərdə istifadə edilməməlidir.

Narıncı rəng  insanın yaradıcılıq gücünü artırır , arxayınlıq, cəsarət və ünsiyyət doğurur. Mətbəxdə, uşaq və yemək otağı ilə dəhlizdə istifadəsi məsləhət görülür.

Samirə Tağıyeva, "İki sahil"