29 iyul 2021 15:41
1626

Dünyanın ən qorxunc 16 körpüsü/FOTO

Körpülər mühəndislik möcüzələridir. Əsrlər boyu əvəzolunmaz nəqliyyat qovşağı olan bəzi körpülər elə yerlərdə tikilib ki, keçmək cəsarət tələb edir.

“İki sahil” cəsarətli səyahətçilərin belə keçmədən əvvəl iki dəfə düşünməyə vadar edə biləcək dünyanın ən qorxunc 16 körpüsünü oxucularına təqdim edir:

Royal Gorge körpüsü - Canon City, Kolorado

Qərb Yarımkürəsinin bəlkə də ən qorxulu əsas körpüsü olan Koloradonun Royal Gorge körpüsü 1929 -cu ildən bu yana ziyarətçilərinə qorxu dolu anlar yaşadır. Körpünün altından Arkanzas çayı axır.

Zhangjiajie Şüşə körpüsü - Zhangjiajie, Çin

Çində olan Zhangjiajie Şüşə körpüsü hazırda dünyanın ən yüksək asma piyada körpüsüdür. 2016-cı ildə açıldığından, bu yana şüşə döşəməsi sayəsində turizm məkanına çevrilib. Körpüdən bir anda yalnız 600 nəfər keçə biləcəyi üçün əvvəlcədən rezerv etmək lazımdır.

Trift körpüsü - Qadmen, İsveçrə

İsveçrənin Alp dağlarındakı Trift körpüsü qorxu anları yaşadan mənzərəyə sahibdir. Körpü 2004 -cü ildə inşa edilib və nəticədə 2009 -cu ildə "daha təhlükəsiz" bir dizaynla əvəz edilib. Yenə də körpünü keçmədən əvvəl dayanmaq və düşünməkdə fayda var. Çünki buradan keçmək üçün 90 dəqiqənizi sərf etməlisiz.

Huaşan yolu - Huayin, Çin

Çindəki Huaşan dağı qorxunc piyada körpülərinə ev sahibliyi edir. Bunu körpü adlandırmaq bir az qəribə ola bilər. Çünki, bu tikili dağın qayaları üzərində tikilib. Bu dar körpüdə gəzmək həyatınızın ən qorxulu anları ola bilər.

Lanqkavi səma körpüsü - Lanqkavi adası, Malaziya

Malaziyanın turizm məkanı olan Lanqkavi adasında gəzmək üçün cəsarətli olsanız demək ki, unudulmaz bir təcrübə yaşayacaqsınız. Körpüyə çatmaq üçün əvvəlcə Mat Cincang dağında kanata minməniz və sonra pilləkənlərlə qalxmalısınız.

Capilano asma körpüsü - Şimali Vankuver, Kanada

Yaşıl bir meşənin üzərində gəzmək yaxşı təcrübə ola bilər. İlk dəfə 1889 -cu ildə açılan körpü, göründüyündən daha möhkəm inşa edilib.

Mackinac körpüsü – Miçiqan

Miçiqanın tarixi Mackinac körpüsü 5 mildən daha uzundur. Külək bu körpüdə o qədər şiddətlə əsir ki, hətta avtomobillərin də tərpənməsinə səbəb olur.

Kakum Canopy - Kakum Milli Parkı, Qana

Qanadakı bu körpü özünüzü klaustrofobik hiss etmənizə səbəb ola bilər. Kakum Milli Parkının meşələrində yerləşən körpü dəniz səviyyəsindən 1000 metr yüksəklikdə inşa edilib. Körpü o qədər ensizdir ki, bir nəfər çətinliklə keçə bilir.

Titlis Cliff Walk - Titlis dağı, İsveçrə

Titlis Cliff Walkun sadə görünüşü İsveçrədəki Alp dağlarının mənzərəsi ilə birləşir. Körpü dəniz səviyyəsindən təxminən 3048 metr yüksəklikdədir. Buna görə də Titlis Cliff Walk Avropanın ən yüksək asma körpüsüdür.

Geierlay - The Hunsrück, Almaniya

Almaniyada yerləşən bu asma körpü turistlərin sevimli yeridir. Körpüdən keçmək pulsuz olsa da, cəsarət tələb edir.

Hussaini asma körpüsü - Hunza vadisi, Pakistan

Pakistandakı bu körpü, Indiana Jones filmindən çıxmış kimi görünür. Taxta körpüdəki boşluqlardan birinin düşməsi mümkün haldır. Dünyanın ən təhlükəli körpülərindən biri olması heç də təəccüblü deyil.

Storseisundet körpüsü - Averoya, Norveç

Storseisundat körpüsündə maşın sürmək qorxulu olmasa da yaratdığı optik illüziya sizi həyəcanlandıra bilər. 850 metrlik körpünün zirvəsinə çatdıqdan sonra insanda “dənizə tullanmaq” hissi oyanır.

El Caminito del Rey - Ardales, İspaniya

1905-ci ildə açılan İspaniyanın El Caminito del Rey, digər adı ilə Kralın Kiçik Yolu zamanında bir neçə turistin həyatına son qoyub. 1999-2000-ci illərdə 5 adamın ölümünə səbəb olan körpü təxminən 10 il bağlı qalıb. Yerdən 300 metr hündürlükdə və qaya divarına tikilmiş bu körpüyə 2015-ci ildə şüşə döşəmə əlavə edilib və yenidən turistlərin istifadəsinə verilib.

Lake Pontchartrain Causeway – Luiziana

The Causeway-dən keçmək Luizianadakı nəqliyyat vasitələri üçün tamamilə normaldır. 24 mil uzunluğundakı körpünü maşınla keçmək 30 dəqiqə çəkir. 1950-ci ildə açılan körpü hələ də dünyanın ən uzun su üzərindəki körpüləri arasında yer alır.

Millau Viaduct - Millau, Fransa

Fransadakı bu körpü möhtəşəm mənzərəsi ilə valeh edir. Dünyanın ən hündür körpüsü adlandırılan Millau Viaduct körpüsüdən keçmək buludların arasından keçmək kimidir.

Akaşi Kaikyo körpüsü - Kobe, Yaponiya

Akaşi Kaikyo körpüsünün digər adı İnci körpüdür. 1995-ci ildə tikilərkən 6,9 bal gücündə Kobe zəlzələsinə məruz qalıb. Körpü zəlzələnin gücünə tab gətirib və sarsılmaz mühəndislik möcüzəsi olduğunu sübut edib. Yenə də bu körpü öz hündürlüyü ilə insanlarda qorxu hissi yaradır.

Vüsal Cahanov, “İki sahil”