29 iyul 2021 16:39
722

Tibb aləmində əsl sensasiya - FOTO

Tibb və elm aləmində sevindirici bir hadisə baş verib. ABŞ -ın "Duke" Universitetinin  Tibb Mərkəzində bir cərrah qrupu  tarixdə ilk dəfə baş verən bir yeniliyə imza atıblar. Dəqiqliyi ilə desək, onlar ürək çatışmazlığından əziyyət çəkən 39 yaşlı kişiyə   tamamilə süni ürək transplantasiyası ediblər.

"Lenta" xəbər portalının yaydığı məlumatdan məlum olub ki, "Aeson"adlı  süni ürək "Carmat" adlı  fransız şirkətinin alimləri tərəfindən yaradılmışdır.

Deyilənlərə görə,yeni yaradılan  bu protez tamamilə insan ürəyini  təqlid edir. Dörd kameradan, iki mikro nasosdan, iki çıxışdan və dörd klapandan ibarətdir. Süni ürək heyvan mənşəli biomateriallardan hazırlanmışdır. Əməliyyat uğurla başa çatsa da, lakin  xəstə tamamilə normal bir həyat sürə bilməyəcək. Həkimlərin sözlərinə görə, xəstə ömrü boyu özü ilə 4 kiloqram ağırlığında olan akkumlyatoru daşımalıdır. Onlar, həmçinin qeyd ediblər ki, 4 saat ərzində enerjini saxlayan bu batareya xəstənin həyatını tamamilə təmin edəcək.

Süni  ürəyin müvəqqəti çıxış yolu olsa da, lakin bir çox ürək xəstələrinin  həyatını xilas edə bilər. Cihazın istifadə müddəti 5 il olsa belə, bu protezlə,  demək olar ki, məhdudiyyətsiz yaşamaq mümkündür.  Həmçinin qeyd edək ki, "Aeson" ürək fəaliyyətinin ritmini insanın gündəlik fəaliyyətinə görə uyğunlaşdıra bilir. Əminliklə deyə bilərik ki, fransız alimləri və amerikalı cərrahlar tibb dünyasında əsl sensasiya yaratmağı bacardılar.

Samirə Tağıyeva, "İki sahil"