Son mövsümü "Neftçi"də keçirən Stiven Jozef-Monzorun yeni klubu müəyyənləşib.
“İki sahil” xəbər verir ki, fransalı yarımmüdafiəçi karyerasını Yunanıstanda davam etdirəcək.
31 yaşlı futbolçu "Ksanti"yə keçib. Bu barədə ikinci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Monroz ölkəmizdə "Qəbələ" (2017-2019) və "Neftçi"də (2019-2021) çıxış edib.
Hidayət Heydərov İslamiadanın ikiqat qalibi olub, daha 3 cüdoçumuz medal qazanıb
Azərbaycan Həndbol Federasiyasının rəsmisi Türkiyə klubunun oyununa təyinat alıb