Ən uzun qolun sahibi
Sultan Koson adlı şəxs ən uzun qolun sahibidir. Buna görə o, hətta “Ginnesin Rekordlar Kitabı”na daxil olub. Türk basketbolçunun qolları beynində aparılan əməliyyatdan sonra uzanmağa başlayıb. Əməliyyat zamanı boyun uzanmasına cavab verən hipofiz zədələnərək bu nəticələrə səbəb olub. Gənc idmançının qollarının uzunluğu 2,46 metrə bərabər olub. Bu qeyri-adi insan bütün dünyada tanınaraq, “İnstaqram”ın fenomeninə çevrilib.
O, robota bənzəyir
İngiltərəli Daniel Tammet asanlıqla mürəkkəb riyazi hesablamalar aparır, mükəmməl dərəcədə 11 dil bilir. Maraqlıdır ki, onlardan üçünü bir həftə ərzində öyrənib. Həmçinin o, pi rəqəmində vergüldən sonra gələn 20-dən 500 qədər olan rəqəmləri əzbər bilir. Daniel anadangəlmə Savanta sindromundan əziyyət çəkir. Savanta sindromu və ya Savantizm qüsurlu insanların bir və ya bir neçə sahələrdə biliklərin inkişafında dahi bacarıqlar göstərmələridir. Daniel beynində çox böyük ədədlərdən ibarət yüzdən çox rəqəmlərlə əməliyyat apara bilir.
Boğazı o qədər uzundur ki...
Adi insanların boynunda 7 fəqərə sümüyü var, lakin Fu Gendju adlı şəxsdə bu fəqərələrin sayı 10-a bərabərdir. Buna görə o, dünyanın ən uzun boğazı olan adamı hesab olunur. Fu Fendjunun 6 yaşı olanda onda skolioz xəstəliyi aşkar olunub. Artıq fəqərə sümüyü Fuya gəzməkdə çətinlik törədir. Buna görə də xüsusi əməliyyat ilə artıq fəqərə sümükləri çıxarılacaq. Son illər ərzində bu qeyri adiliyinə görə,o "İnstaqram"ın fenomeninə çevrilib.
Düyməcik qız
7 yaşlı Şarlotta Garside məşhur “Düyməcik” nağılındakı obrazı xatırladır. Cəmi 4,5 kq olan qız yeni doğulan körpə ağırlığındadır. Şarlotta nadir genetik xəstəlik olan “nanizmdən” əziyyət çəkir. Bu xəstəlik bütün dünyada cəmi 100 insanda müşahidə olunur. Valideynləri Şarlottanın normal bir həyat yaşaması üçün əllərindən gələni edirlər. Fenomen qızcığaz artıq məktəbdə təhsil almağa başlayıb.
Ağrı hiss etmir və hərarətdən qorxmur
Çian Meyin qeyri-adi bacarığı var. O, ağrı hiss etmir və yüksək hərarətdən qorxmur. Məsələn, Çian asanlıqla əlini qaynar yağa sala bilər. O, toyuq qrili satmaqla dolanır. Eyni zamanda əlini qaynar yağa salmaqla da şoular göstərir.
5 qat Ginnes rekordsmenidir
Amerika vətandaşı olan Daniel Smith 5 qat Ginnes rekordsmenidir. O, öz elastikliyi ilə bütün dünyaya məşhurlaşıb. Həkimlərin sözlərinə görə, Danielin bədənində elastiklik anadangəlmə olub. Lakin öz üzərində çalışan gənc bu qeyri-adi bacarığını tam maksimal həddə çatdırıb. 18 yaşında Daniel evdən qaçaraq sirk kollektivi ilə gözəl çıxışlar edərək, bir çox ölkələrə səyahət edib. Beləliklə, o əvəzedilməz sirk ustası adı və dünyanın ən elastiki insanı adı ilə məhşurlaşıb. Artıq bir fenomenə çevrilən Daniel, həmçinin beynində ən çətin riyazi misal və məsələləri 3 dəqiqə içərisində həll edir. Hətta yuxuda olarkən , gözünün önünə rəqəmlər, misallar və digər riyazi terminlər gəlir.
Dünyanın ən böyük ayağı
İngiltərəli Mendes Allers dünyanın ən böyük ayağına sahibdir. Ən maraqlı tərəfi isə odur ki, onun ayaqları durmadan böyüyür və hər il rekord təzələnir. Onun pəncəsinin uzunluğu 40 santimetr, baldırının gövdəsi 90 santimetrdir. Sağ ayağı sol ayağından 13 santimetr qısadır və pəncəsi 180 dərəcə çönmüş formadadır. Uzaqdan qadına baxsaq onun ayaqları bədənin digər hissələrindən böyükdür. Bu qadının təkcə ayaqlarının çəkisi 95 kiloqramdır. Bu gün Mendes Allersin ayaqları dünyanın ən böyük ayağı hesab olunur.
Qeyri-adi yaddaşa sahib olan xanım
Unikal yaddaşa malik olan Jill Price 1965-ci ildə Nyu- York şəhərində anadan olub. Fenomen qadının sözlərinə görə, 1976-cı ildə keçirdiyi qəzadan sonra aldığı stress nəticəsində həyatının hər bir dəqiqəsini xatırlayır. Bundan narahat olan qadın 1999-cu ildə həkimlərə müraciət edir. Ona insan beyninin uzun müddət ərzində ətraflı məlumat saxlama qabilliyəti olan hiperteziya diaqnozu qoyulur. Jill Price özü bunun yorucu olduğunu söyləyir, çünki keçmiş günlər ilə bağlı xatirələr real həyatda baş verənlərə diqqət yetirməyə və daha vacib məqamları xatırlamağa mane olur.
40 il ərzində ərzində yatmayıb
Macar əsgəri olan Paul Kern Birinci Dünya müharibəsi zamanı başından yaralanıb. Güllə beyin payının bir hissəsini məhv edib və buna görə də P. Kern ağrı, yorğunluq və stresss hiss etməyib, eləcə də ömrünün qalan 40 il ərzində bir dəfə də olsun yatmayıb. Çox maraqlıdır ki, buna baxmayaraq Paul özünü əla hiss edirdi.
Qadınlar arasında ən uzun dilə sahibdir
İnsanın ağzında olan dil orqanı 5 santimetrə qədər uzunluqda olur. Lakin elə insanlar var ki, onlarda bu orqan həddindən artıq uzun olur.
İngiltərədən olan Stiven Teylor adlı qadının dilinin uzunluğu 10 santimetrə bərabərdir. O, qadınlar arasında dünyada ən uzun dilə sahibdir.
Dünyanın ən incə belli qadını
30 yaşlı britaniyalı model Kelli uşaqlıq illərindən "Marvel" komikslərinə oxşamaq istəyib. Arzusunu reallaşdırmaq üçün o, 20 il ərzində taxdığı korseti çıxarmayıb. Cəmi 7 ildən sonra onun belində gözə çarpacaq dərəcədə incəlmələr gedib. Belinin ölçüsü 40-80 santimetrə qədər incəlib. Sağlamlığına ziyan olsa da, arzusunu reallaşdıran qadın bir fenomenə çevrilib.
Ağrı hiss etməyən uşaq
Bütün dünyada məşhurlaşan balaca qızcığaz Olivia Farnsvours 2008-ci ildə İngiltərənin Huddersfield şəhərində anadan olub. Bir neçə aydan sonra Oliviyanın anası körpəsinin bütün uşaqlar kimi olmadığını görür. Təzəlikcə anadan olan bu uşaq heç ağlamır və demək olar ki, yatmır. Bir neçə ildən sonra Olivia bədbəxt bir qəzanın qurbanı olur. Balaca Olivia həyətdə oynayarkən yoldan keçən avtomobil tərəfindən vurulur.Lakin buna baxmayaraq, heç nə olmamış kimi təkərlərin altından sağ-salamat çıxır. Xəstəxanaya aparılan Oliviyaya həkimlər tərəfindən nadir bir genetik xəstəlik-altıncı xromosom mutasiyası diaqnozu qoyulur. Sen demə, bionik uşağın çox az yeməsi, praktik olaraq yatmaması və ümümiyyətlə ağrı hiss etməməsinə səbəb olan məhz bu nadir xəstəlik olub.
“Rezin adam”
Əslən İngiltərədən olan Harry Turnerdə fenomen insanların siyahısına daxil olaraq, bütün dünyada rezin insan ləqəbini alaraq tanınıb.Bu qeyri-adi insan qarnının dərisini 15.8 sm geri çəkməyə bacarığına malikdir. Əslində onun dərisinin belə elastik olaraq, rezin kimi dartılmasına səbəb olan nadir görülən ehlers-danlos xəstəliyi olub. Qeyri-adi qabiliyyətinə görə “Ginnesin Rekordlar Kitabı”na daxil olan Harry Turner hər gün çəkdiyi ağrılara baxmayaraq, heç ruhdan düşmür. Uzun illər ərzində ağrıkəsicilərdən istifadə edən “rezin insan” sirkdə iştirak edərək,bu qeyri-adi bacarıqlarını insanlara nümayiş etdirir.
“Mikroskop insan”
Maraqlı bacarıqları ilə fenomen olan insanların siyahısına Codi Ostroytu da daxil olub. Onun görmə qabiliyyəti o qədər kəskindir ki, hətta xeyli aralıqda yerləşən əşyaların cüzi detallarını seçmək iqtidarındadır. Belə ki, Con adi insanların yalnız elektron mikroskop vasitəsi ilə görə bildiklərini, heç bir vasitəsiz yaxşı görür.”Mikroskop insan” ləqəbini alan bu gənc bütün dünyada tanınaraq bir fenomenə çevrilmişdir.
Ən böyük ombalara sahib olan qadın
Amerikalı Karvi Mikel Ruffinelli dünyada ən böyük ombalara sahib qadındır. O öz fiqurası ilə fəxr edir. Onun ombalarının ölçüsü 275 santimetr təşkil edir. Karvi Mikel Ruffinelli deyir ki, tək problemi ictimai nəqliyyatdan normal istifadə edə bilməməkdir. Karvi hər dəfə iki bilet almağa məcbur olur.
Samirə Tağıyeva, "İki sahil"