01 avqust 2021 20:20
1282

Bu qan qrupunda tromboz riski azdır

Hematoloq Yulia Nenaşeva tromboz və ürək-damar xəstəliklərinin birbaşa insanın qan qrupundan asılı olduğunu söyləyib.

Həkim birinci qan qrupu olan şəxslərin bu cür xəstəliklərə tutulma ehtimalının daha az olduğunu iddia edib.

"Bəzi təsirlərə məruz qaldıqda qan laxtalanması, infarkt və ya insultun baş vermə ehtimalı daha azdır. Birinci qan qrupu daha az protrombotik maddə ehtiva edir", - hematoloq verdiyi müsahibədə bildirib.

Publika.az