02 avqust 2021 11:32
1170

Koronavirusa qarşı burun spreyi yaradıldı

Estoniya alimləri COVID-19-a qarşı burun spreyi hazırlayıblar.

“İki sahil” xəbər verir ki, bu barədə "Korrespondent" məlumat yayıb.

Spreyin orqanizmi virusun bütün məlum ştamlarından qoruduğu bildirilib.

"BioBlock" adlı spreyin laborator sınaqları onun "alfa", "beta", "qamma" və "delta" ştamlarına qarşı da təsirli olduğunu sübut edib.

Tibb vasitəsinin professor Mart Ustavın rəhbərliyi ilə "Icosagen" araşdırma qrupu tərəfindən hazırlandığı, "Chemi-Pharm" şirkəti tərəfindən istehsal olunaraq, satışa çıxarıldığı qeyd edilib.