03 avqust 2021 15:55
1818

Dünyanın ən güclü  helikopterləri FOTO

"Bell AH -1Z Viper" - ABŞ

Vyetnam müharibəsi üçün yaradılan "Bell AH-1Z Super Cobra"nın prototipidir və hazırda ABŞ-nın   Dəniz Qüvvələrinin ən güclü helikopterlərindəndir. " Bell AH 1Z Viper" mahiyyət etibarilə "Bell Ah 1 Super Сobra" helikopterinin daha da təkmilləşdirilmiş modifikasiyasıdır. Onun yenilənmiş hədəfə alma, tuşlama və atəş açma sistemləri vardır. Silahlı qüvvələr sırasına 2011-ci ildə qəbul edilmişdir. Helikopterin hər biri 1723 a.g. olmaqla iki güclü mühərriki vardır. Viper təxminən  saatda 411 km sürətlənə bilir. Belə bir vertolyotun dəyəri 31 milyon dollardır. ABŞ -da cəmi 52 belə helikopter istehsal olunub. Qeyd edək ki,"Bell AH-1Z" bir çox kompüter oyunlarının da  "qəhrəmanıdır".

"Mi -24" - SSRİ / Rusiya

Əlavə təqdimata ehtiyacı olmayan Sovet helikopteridir. Dünyada döyüş helikopterlərinin artan populyarlığına cavab olaraq yaradılan ilk  Sovet hücum vertolyotu Rusiyanın bütün hücum helikopterlərinin bünövrəsi hesab edilir. Dəqiqliyi ilə desək  "Mİ 24" helikopteri 1971-ci ildə yaradılmışdır. Təxminən  8 nəfəri daşıya bilir. Maksimal sürəti 335 km/saatdır. Modifikasiyasından asılı olaraq müxtəlif kalibrli pulemyotlarla, həmçinin  müxtəlif tipli raketlərlə təchiz edilib. Ümumilikdə bu helikopterlərdən təxminən 3,5 min ədəd istehsal edilmişdir.

"Evrokopter Tiger" - Fransa və Almaniya

39 milyon dollarlıq Fransa-Alman hərbi helikopteridir. Avropa ölkələri, eləcə də Britaniya Millətlər Birliyinin dövlətləri (Böyük Britaniya, keçmiş koloniyalar, protektoratlar) üçün yaradılmışdır.  İstehsalı 2002-ci ildən başlanmışdır.  Hal-hazırda Almaniya, Fransa, Avstraliya və İspaniya ordularında istifadə olunmaqdadır. Maksimal sürəti 278 km/saatdır. Hər biri 1285 a.g. olan iki ədəd turbovallı mühərriklə təchiz edilmişdir. Həmçinin, 30 mm-lik toplu pulemyotu və 4 raketi var. Ümumilikdə bu helikopterlərin 200 ədəd istehsal edilmişdi.

"CAIC WZ -10" - Çin

"CAIC WZ-10" Çinin istehsal etdiyi tandem kabinəli ilk hücum helikopteridir. Helikopter 2011-ci ildə silahlı qüvvələr sırasına qəbul edilmişdir. Hazırlıq mərhələsini Rusiyanın "Kamov" KB-si (konstruktor bürosu) ilə birlikdə keçmişdir. "CAIC WZ-10" helikopterləri gücü 1285 a.g. (at gücü) olan iki turbo-mühərrikin vasitəsilə hərəkətə gəlir.  Vertolyotun maksimal sürəti 300 km/saatdır. Təəsüf ki, nə qədər istehsal edildiyi bilinmir. Lakin bəzi məlumatlara görə, 2016 -cı ildə Çində təxminən  100 -dən çox belə helikopter var idi.

"HAL Light Combat" - Hindistan

"HAL Light Combat "22 milyon dollar dəyərində yeni Hindistan hücum helikopteri. Bu helikopterin  uçuş sınaqları bir neçə il ərzində  davam edib. 2015 -ci ildə Hindistan Silahlı Qüvvələri "Hall Light Combat" dan  179  ədəd sifariş etdi.  Maksimal sürəti zirvədə 330 km / saata çatır.  Helikopterin  bir ədəd topu, pulemyot silahlanması və 4 asma  raketi var.

"Harbin Z -19" - Çin

Texnoloji sələfi Harbin Z-9 əsasında yaradılıb.  Qeyd edək ki, "Harbin Z-19" bir hücum vertolyotunun funksiyalarına əlavə olaraq kəşfiyyat missiyaları da yerinə yetirə bilər. Burada "Harbin Z-19" -a gizli texnologiyası kömək edir.  Bu helikopterlər 2016 -cı ildən etibarən istifadəyə verilib.  "Harbin Z-19 "un bir avtomatik topu və 4 asma nöqtəsində raket var . Helikopterin maksimal sürəti 280 km / saatdır. Əlavə edək ki, bu helikopterlərdən cəmi 100 ədəd istehsal olunub.

"Agusta A129" - İtaliya

 Məşhur A129" helikopteri İtaliyanın 1900-cı "Agusta" şirkətinin konstruktorları tərəfindən yaradılmışdır. Bununla da sübut edilmişdir ki, italyanlar nəinki idman avtomobilləri, hətta  güclü helikopterlər də hazırlaya bilirlər. Qeyd etmək lazımdır ki, "A129" helikopteri tam müstəqil şəkildə Qərbi Avropada hazırlanmış helikopterdir. Maksimal sürəti 250 km/saatdır. "Rolls Royce Gem 2-1004D"  turbo-mühərriklərinin vasitəsilə havaya qalxır. Onun  qiyməti isə, modifikasiyadan asılı olaraq 43 ilə 53 milyon dollar arasında dəyişir.  Ümumilikdə, İ taliyada 75 belə vertolyot  xidmət göstərir.

"Mi -28" - SSRİ / Rusiya

"Mi -28 "2013-ci ildən  Rusiyanın hərbi qüvvələri sırasına daxil edilmişdir.Daha çox "Gecə ovçusu" kimi tanınmaqdadır. "Mi-28" bir çox texniki göstəricilərinə görə dünyada analoqu yoxdur. Ən müasir silahlarla təchiz edilmişdir və hətta  ən ağır meteoşəraitdə işləyə bilir. Maksimal sürəti 300 km/saatdır. Cəmi gücü 4400 a.g. olan iki mühərriki vardır. Silahları arasında 30 mm-lik top və raketlər vardır.  Hal-hazırda bu helikopterin  dəyəri təxminən  18 milyon dollardır."Mi-28" Rusiyayadan başqa  İraqa da verilmişdi. Qeyd edək ki,  cəmi 126 "Gecə Ovçusu" istehsal olunub.

"Ah -64 Apache" - ABŞ

"AH64D Apache" şübhəsiz ki, aviasiya quruculuğu tarixində ən yaxşı helikopterlərdən biridir. Ən yeni elektron sistemlərlə təchiz edilmişdir. Helikopterin 70 mm-lik topu, müxtəliv növlü 16 raketi vardır. Maksimal sürəti 265 km/saatdır. Hər bir mühərrikinin gücü 1890 a.g.-dür. ABŞ və koalisiyasının Fars Körfəzi zonasında apardığı müharibələrdə aktiv şəkildə istifədə edilir. Bunlardan birinin dəyəri 61 milyon dollara çata bilər. Ümumilikdə, amerikalılar bu günə qədər bu helikopterlərdən 1650 ədəd istehsal ediblər.

"Ka -52" - Rusiya

Rus kəşfiyyat və hücum vertolyotu "Ka-52"dən bu günə qədər təxminən  170 ədəd istehsal olunub. Ka-52 ilk uçuşunu 1997-ci ildə etdi və 2011-ci ildə istifadəyə verildi. Bu gün ən inkişaf etmiş və ən perspektivli yerli vertolyotlar sırasına daxildir.  Helikopter  unikal manevrliliyə və çox böyük atəş gücünə malikdir. "KA 52" helikopterində ikioxlu pərlər sistemi tətbiq olunmuşdur ki, bu da ona ən yüksək pilotaj fiqurları yerinə yetirməyə, mütləq olaraq hər hansı bir hava şəraitində, hətta tufanda belə döyüş tapşırıqlarını həyata keçirməyə imkan verir. Mühərriklərinin toplam gücü 5000 a.g. 900 mm-lik zirehi dələ bilən helikopter, həmçinin tank əleyhinə raket sistemi ilə təchiz edilmişdir.

Samirə Tağıyeva, "İki sahil"