15 avqust 2021 09:13
1541

Dünyanın ən böyük smartfon istehsalçısı: Xiaomi

“İki sahil” xəbər verir ki, Counterpoint Research analitik şirkətinin hesabatına əsasən Xiaomi iyun ayı üzrə dünyanın ən böyük smartfon istehsalçısı statusunu qazanıb. Belə ki, iyun ayında satılmış bütün smartfonların 17.1%-i Xiaomi-nin öhdəsinə düşür. Bununla belə Samsung-un bu məsələdə göstəricisi 15.7%, Apple şirkətinin göstəricisi isə 14.3% təşkil edir. Analitiklər qeyd ediblər ki, iyun ayında Xiaomi-nin satışları 26% yüksəlmişdi. Bu isə onu bir ay ərzində yüksək sürətlə böyüyən brendə çevirmişdi. Lakin buna baxmayaraq bu liderlik stabil deyil. Belə ki, Samsung şirkəti Vyetnamdakı istehsalat proseslərini bərpa etməyə başlayıb.