Saksofon, dizel, cakuzi, makintoş və s. kimi gündəlik istifadə etdiyimiz əşya və məhsulların adlarının real insanların adlarından götürüldüyünü size heyrətləndirəcək.
Cakuzi
İnsanlar əsrlər boyu təbii bulaq suyu vannalarından tutmuş,Yaponiyada ofuro hamamlarına qədər müxtəlif növ isti vanna qəbul etməkdən zövq alıblar. "Jakuzi" sözü, suyun köpüklənməsinə səbəb olan quraşdırılmış nasosları olan küvet deməkdir. Belə küvet istehsal edən ilk şirkət “Jacuzzi Brothers” 1915 -ci ildə italiyalı yeddi Cakuzi qardaşları tərəfindən ordu üçün müxtəlif mallar istehsal etmək məqsədilə quruldu. Kiçik qardaş olan Kandido Cakuziyə artrit diaqnozu qoyulduqdan və hidromasaj yazıldıqdan sonra qardaşlar suyun səviyyəsindən aşağı quraşdırıla bilən nasos düzəltmək üçün bir yerə toplandılar. Sonradan onların bu ideyası çoxlarına xoş gəldi və biznes böyüdü. İlk vaxtlar cihazı xəstəxanalar daha çox alırdılar.
Gilyotin
“Madam Gilyotin" ifadəsinin yayılmasına baxmayaraq, bu edam üsulu fransız həkimi Cozef-Iqnas Gilyotinin adını aldı. 1792 -ci il Fransız İnqilabından əvvəl Fransada baş kəsmə maşınları da daxil olmaqla müxtəlif edam üsullarından istifadə olunurdu. Ancaq humanist Gilyotin bir çoxlarını “qeyri –insani” hesab etdi.
Balta və ya qılıncla baş kəsmək və ya asmaq - bir neçə dəqiqə vaxt aparırdı və bütün bu müddət ərzində qurban əzab çəkirdi. Gərəksiz əziyyətlərdən qaçmaq üçün 1789 -cu ilin oktyabrında Gilyonet ölüm cəzasını daha ağrısız etmək üçün sadə və təsirli bir vasitə-gilyotini təklif etdi.
Dizel
Rudolf Dizel 14 yaşından mühəndis olacağını bilirdi. “Karl von Linde”də işə başladığı müddətdə o bir neçə patent aldı və 1893 -cü ildə dizel mühərriki üzərində sonrakı işlərinin əsasını təşkil edən bir traktat nəşr etdi. Termodinamik və yanacaq səmərəliliyi anlayışı sayəsində o, buxar mühərrikindən daha səmərəli (enerjisinin 90% -ə qədərini itirə bilən) mühərrik yaratmağa müvəffəq oldu.
İlk dizel mühərriki olan motor 250/400 hazırda Münhendəki Alman Texniki Muzeyində sərgiyə qoyulub.
Siluet
Siluet- obyektin ziddiyyətli işıq fonunda tünd bir rəngdə, ümumiyyətlə, qara rəngdə möhkəm bir fiqur olaraq təmsil olunduğu xüsusi bir bədii görüntü növüdür. Bu şəkildə portret çəkmək adəti 18-ci əsrin ortalarında boyalarla boyanmış miniatürlərə ucuz alternativ olaraq populyarlıq qazandı.
Rəssamlar ya silueti gözlə işləyərək, ya da kağız üzərində bir kontur çəkib sonra boyayırdılar. Portretlərdə və bir çox başqa şeylərdə belə qənaət həmin dövrdə Etienne de Siluetin sərt iqtisadi siyasəti ilə əlaqəli idi.
O, 1759-cu ildən Fransanın maliyyə naziri idi və Yeddi illik müharibədən sonra bütün xalqa qənaət tətbiq etmişdi. Rəssam olmasa da, maliyyə siyasəti sayəsində bu sənət üslubu onun adı ilə adlandırıldı.
Saksofon
Antuan Jozef Saks fleyt və klarnet ifaçısı idi. Onun valideynləri musiqi alətləri dizayneri idilər və Adolf da alət hazırlamağı öyrənirdi. Hamıya məlum olan saksofonun yaradıcısı məhz odur. Bundan əlavə, o, sakstromb, sakssorn və sakstub kimi çox da məşhurlaşmayan nəfəs alətləri də ixtira etmişdi.
Makintoş
Çarlz Makintoş öz karyerasını katib kimi başlasa da, sonradan sevdiyi sənətlə məşğul olmaq üçün işini tərk edir və kimya ilə məşğul olmağa başlayır. Bu zaman o, yağla apardığı təcrübələr sayəsində kauçuka yağ tətbiq etmək və onu həlledici etməklə iki müxtəlif parçanı bir -birinə yapışdırmaq üçün bir yol tapdı.
Makintoş, Tomas Hankok geyim şirkəti ilə birləşdikdən sonra, yalnız ictimaiyyət arasında deyil, ordu, dəmiryol işçiləri və polis məmurları arasında da məşhurlaşan rezin pencəklər istehsal etməyə başladılar. Əvvəlcə paltonun qoxulu və sərt olması, bəzən isti havalarda əriməsi problemini isə Makintoş rezini vulkanlaşdıraraq həll etdi.
Kardiqan
Düyməli toxunma jaket ingilis general-qrafı Ceyms Kardiqanın şərəfinə adlandırılıb. İlk vaxtlar bu geyim üşüməmək üçün hərbiçilərin hərbi formanın altından geyinməsi məqsədilə hazırlanırdı.
Nubar Süleymanova, “İki sahil”