Ağsu rayonunun Keşdiməz və Bico kəndləri yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın söndürülüb. Yanğın zamanı 100 ha sahədə quru ot və kol-kos yanıb.
Fövqəladə Hallar Nazirliyindən "İki sahil"ə verilən məlumata görə, yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin meşə təsərrüfatı idarəsinin ərazi üzrə yerli bölmələrinin əməkdaşları və yerli sakinlər (mürəkkəb relyefli dağlıq ərazi olduğu üçün əsasən əl əməyindən istifadə olunub) tərəfindən söndürülüb.
Yaxınlıqdakı ərazilər yanğından mühafizə olunub.
İranın səfiri: Yardım karvanı Azərbaycan hökumətinin və xalqının həmrəyliyini göstərir
Azərbaycan Prezidentinin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınıb
Bu gün Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günüdür