19 avqust 2021 01:56
1186

Məşhurlar yenə təəccübləndirir...

Demək olar ki, çox az insan bilir ki, "The Beatles" qrupunun mahnılarının bütün hüquqları Maykl Ceksona aid olub. Qeyd edək ki, bu mahnılara görə Cekson təxminən 47,5 milyon dollar ödəmişdi. Həmin satış müqaviləsinin imzalanması 14 avqust 1985 -ci ildə baş tutmuşdu.

Heç bilirdinizmi ki, "YouTube" Janet Cekson və Justin Timberleykın sayəsində məşhur oldu. 2004 -cü ildə cütlük futbol üzrə "Super Bowl" oyunda iştirak etdi. (bu şou Amerikanın ən yüksək reytinqli oyunlarından biri hesab olunur). İki məşhurun ​​göstərdiyi şou dillər əzbəri oldu.Belə ki, verilişdə Janetin kostyumunun bir hissəsini cıran Timberleykın etdiyi bu hərəkət böyük izdihama səbəb oldu.

Tanınmış aktyor Leonardo Di Caprionun adı məşhur rəssam Leonardo da Vinçininin şərəfinə qoyulub. Məşhur aktyorun anası hamilə olan zaman bir dəfə Florensiyada gəzərkən Leonardo da Vinçinin rəsminin qarşısında uşağın ilk dəfə hərəkət etdiyini hiss edir. Bunu Allahın bir işarəsi kimi qəbul edən qadın oğlunun adını məhz Leonardo qoyur.

"Apple"nin ilk rəhbəri Stiv Cobs uzun müddət fruitarianizmlə( vegeterianlığın bir növü) maraqlanıb. Deyilənlərə görə Stiv çimməyi heç sevmirdi və heç dəxli olmasa da pəhriz saxlamasının da səbəbini bununla əlaqələndirir.

Maraqlıdır ki, qaradərili müğənni Bob Marleyin atası ağdərili olub. Onun atası Norval Marley, Yamaykada xidmət edən ingilis dənizçisi idi.

1970 -ci ildə aktyor Bill Murray sərhəddən 5 kiloqram marixuana keçirmək istədiyi üçün hava limanında həbs edildi.

Tanınmış gülüş ustası Jim Kerri 16 yaşında məktəbi tərk etmək qərarını verdi. Zehmətkeş Jim 15 yaşında artıq təmizlikçi işləyərək xəstə anasına kömək edirdi.

Aktyor Ceremi Renner aktyor olmamışdan əvvəl müvəffəqiyyətli bir qrim ustası idi və o, bir çox məşhuru makiyaj edərək, onların stilini tamamilə dəyişib.

Aktyor Kristofer Valken karyerasının əvvəlində bir sirkdə işləyib. 15 yaşlı yeniyetmə şirlərin təlimçisi olub.

Yeni Zelandiyanın keçmiş Baş naziri 2015-ci ildə həmvətənlərini çox təəccübləndirdi. Mətbuatda yayılan şəkillərdə siyasətçi kafedə nahar edərkən ofisiant qızların hörüklərindən dartırdı. Siyasətçinin sözlərinə görə, bu sadəcə tanışlar arasında bir oyun idi. Lakin qeyd edək ki, bu hadisə onun siyasi karyerasında ilk deyildi.

Sən demə, Mayli Sayrusun əsl adı Destini Hopdur , "Destiny Hope" sözünün tərcüməsi qismət və ümid deməkdir.

Müğənni Madonna məşhur olmamışdan əvvəl çörək bişirən bir mağazada işə düzəlib. Onun ilk iş günü elə son iş günü olub. Belə ki, təsadüfən müştərilərdən birinin üzərinə jele töküb. Bundan əsəbləşən müdir onu işdən çıxarıb.

Aktyor Tom Henks Amerika Prezidenti Abraham Linkolnun nəslinin nümayəndəsidir. Qəribə səslənsə də, aktyor ilahiyyat seminariyasını bitirdikdən sonra, keşiş olmaq niyyətində idi.

Model və teleaparıcı Tayra Banksın bir çox fobiyaları var. Məsələn, onlardan biri odur ki, Tayra delfinlərdən çox qorxur.

Aktyor Conni Depp uzun müddətdir ki, "coulrophobia" (təlxəklərdən qorxur) xəstəliyindən əziyyət çəkir.

Amerika Birləşmiş Ştatlarının 40-cı prezidenti Ronald Reyqan astrologiya elminə o qədər çox inanırdı ki, hətta öz andiçmə mərasiminin təşkili məsələlərini də ulduz falı ilə uyğunlaşdırmışdı. Reyqanın əmri ilə onun andiçmə mərasimi məhz bu səbəbdən səhər 5-ə təyin edilmişdi. Qeyd etmək lazımdır ki, belə prezident Amerikanın tarixində yeganə idi.

Reyqanın hər günü şəxsi münəccimi tərəfindən müxtəlif işarələrlə qeyd olunurdu və katiblər prezidentin işlərini planlaşdırarkən nədən başlayacaqlarını bilirdilər. Həmin işarələrin rəngləri belə idi: yaşıl (görüşlər üçün əlverişli gün), qırmızı (görüşlər üçün arzuolunmaz bir gün), sarı (ziyarətlər və sənədlərin imzalanması üçün əlverişlidir).

Reyqanın bütün səyahətləri belə pilot və ya meteoroloqlarla deyil, əsasən astroloqlarla əlaqələndirilirdi. Demək olar ki, Prezidentin astroloqlarla görüşü yalnız gecə baş verirdi. 1990-cı ilin martında məşhur astroloq Joan Quigley nəşr etdiyi kitabında Nansi və Ronald Reyqan ilə şəxsi astroloq kimi yeddi illik iş birliyindən bəhs etmişdi.

Məşhur aktrisa Holly Berinin adı bir mağazanın şərəfinə qoyulmuşdu.

Belarusiya Prezidenti Lukaşenko doğum tarixini dəyişdirən siyasətçilər sırasındadır. Əslində, Lukaşenko 30 Avqust 1954-cü ildə anadan olub, lakin 2009-cu ildə ad gününü kiçik oğlu ilə eyni gündə qeyd etmək üçün doğum gününü həmin günə keçirməyə qərar verdi.

Epataj sənətçi Ledi Gaga valideynləri ilə birlikdə bir İtalyan restoranı açıb.Burada müştərilər 24-28 dollar arasında italyan mətbəxinə aid dadlı makaron yeməklərindən dada bilərlər. Bu restorana Ledi Gaga on il əvvəl vəfat edən xalasının adını verib.

 Gənc müğənni və aktyor Justin Timberlakın anası bir müddət azyaşlı Rayan Goslingin müvəqqəti qəyyumu olub.

 Yaraşıqlı Aktyor Çening Tatum ilk dəfə Riki Martininin "She Bangs" adlı klipində çəkilmişdi. Qeyd edək ki, o zamanlar aktyor bir balet qrupunda çıxış edirdi.

Məşhur "Apokalipsis” filminin rejissoru, "Cəsur ürək” filminin və digər ekran əsərlərinin baş qəhrəmanı Mel Qibson hal-hazırda depressiv psixozadan əziyyət çəkir. Yaxınları gündüzlər hər kəslə gülərüz davranan aktyor-rejissorun bəzən tamamilə dəyişdiyini qeyd edirlər.

Elektron musiqinin banisi, Oskar mükafatçısı, yunan bəstəkarı Vangelis notları heç bilmirdi və hətta solfejo ilə bağlı heç bir anlayışı yox idi. Lakin bu ona əsl şah əsərləri yaratmağa mane olmadı.

Ən məşhur televiziya aparıcılarından birinin əsl adı Orpadır, Oprah deyil. Sadəcə xəstəxanada məşhurun adı düzgün yazılmamışdı. Əslində, Orpa adı İncildən götürülmüşdü.

Hollivud ulduzu olmamışdan əvvəl Ceyson Stetham küçə satıcısı olub. O, həmçinin model və küçə teatrında aktyor kimi də çalışıb. Bir çox sferada çalışan aktyorun, ən sevdiyi peşə dalğıclıq olub. Gələcək aktyor hətta İngiltərə milli komandasının üzvü olub və beynəlxalq yarışlarda iştirak edib.

Bred Pitin iştirakı ilə çəkilən "Toyota" avtomobilinin reklam çarxı Malayziyada qadağan edildi. Buna səbəb olaraq aktyorun çox yaraşıqlı olması göstərilir. Deyilənlərə görə, bir çox kişi bu reklam çarxından sonra depressiyaya düşə bilər.

Keçmiş Papa XVI Benedikt York arxiyepiskopu Con Sentamı ziyarət edərkən, ona qazlı içkilərə qarşı olan sevgisi haqqında bəhs etmişdi. Keçmiş Papa fanta və coca-colanı o qədər sevir ki, onlardan gündə 4-5 banka içir. Bu, isə ildə təxminən 1460 qutu təşkil edir.

Son zamanlar Alfred Hiçkokun əsl manyak olduğu ortaya çıxdı. Lakin Hollivuddakı statusu səbəbiylə qurbanlarının çoxu onunla mübahisə edə bilmədi və onun törətdiyi bütün cinayətlər sanki "unuduldu" . Onun qurbanlarından biri "The Birds" filminin ulduzu Tippi Hedrendir. Uzun müddət Hiçkokun təqiblərinə məruz qalan qızcığazın həyatı bir cəhənnəmə çevrilmişdi. Hiçkok Tippini ona qarşılıq verməsə karyerasını məhv edəcəyi ilə hədələyirdi.

Bir çox media nümayəndələri Hillari Klintonun uzun il ərzində striptiz ilə məşğul olduğunu iddia edirdilər. Deyilənlərə görə, o, hələ də bu qəribə vərdişindən əl çəkə bilmir. Mərhum Eleanor Ruzveltlə aralarında olan danışıqlar mətbuat işçilərinin əlinə keçdikdən sonra, Hillari Klintonun bu qəribə vərdişi artıq bütün dünyaya məlum oldu.

Samirə Tağıyeva, "İki sahil"