25 avqust 2021 13:36
1303

Xərçəng və trombozdan qoruyan dənli bitki

Dietoloqların fikrincə, qarabaşaq sıyığı orqanizmi ağır xəstəliklərdə qorumaq gücünə malikdir.

Mütəxəssislər bildiriblər ki, qarabaşaq səhər yeməyi üçün çox faydalı variantdır, tərkibində olduqca lazımlı maddələr vardır. Tədqiqatlar göstərib ki, müntəzəm şəkildə qarabaşaqdan istifadə etmək süd vəzi, mədə və bağırsaq xərçənginin qarşısını alır.

Qarabaşaq toxumlarının kifayət qədər miqdarda lif ehtiva etdiyi də qeyd edilir. Həzm sistemini normallaşdırmağa kömək edir, qan şəkərini azaldır. Qarabaşaq damar sağlamlığı üçün zəruri olan minerallarla zəngindir, qanda pis xolesterolun da səviyyəsini aşağı salır. Bu qida tromboz, insult və infarkt riskini azalda bilər.

Nubar Süleymanova, “İki sahil”