25 avqust 2021 15:41
844

Şəxsi gigiyenaya çox diqqət etmək lazımdır

Erkin Rəhimov: Rotavirus hər yay bu vaxt daha çox yayılır, ona qarşı peyvənd var

“Rotavirus deyilən virus hər yay bu vaxt daha sıx yayılır”.

“İki sahil” xəbər verir ki,  bunu Səhiyyə Nazirliyinin “İnstagram” səhifəsindəki canlı yayımında Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov deyib.

Baş pediatr bildirib ki, rotavirus hər yerdə ola bilər: “Bu virusa böyüklərdə nadir halda rast gəlinir. Şəxsi gigiyenaya çox diqqət etmək lazımdır. Çox sevindiricidir ki, bəzi viruslara qarşı peyvəndlər var. Rotavirusa qarşı da peyvənd mövcuddur. 2-4-cü ayda uşaqlara buna qarşı peyvənd vurulur. 3 dəfə təyin ediləndə isə 2-4-6-cı ayında uşaqlara vurulur. 2 ayında uşağa bu peyvəndin vurulmasına başlanmayıbsa, 2,5 ayı keçəndən sonra o peyvəndi vurmaq olmaz. Belə olan halda şəxsi gigiyenaya riayət etmək lazımdır”.