Dünyanın ayrı-ayrı ölkələrində təbii sərvətlərdən istifadə zamanı ətraf mühitin mühafizəsi, təbiətdə ekoloji müvazinətin saxlamılması, təbiətdən səmərəli istifadə tədbirləri tətbiq edilir.
Faydalı qazıntıların istismarı, saflaşdırılması, son emalı proseslərində baş verən neqativ hallara qarşı qadağa qoyulması, bəzən isə bu və ya digər müəssisənin fəaliyyətinin dayandırılması zəruri tədbir kimi qəbul edilir.
Təcrübə göstərir ki, müəssisələrə qarşı mübarizə tədbirləri istehsal proseslərində baş verən pozuntuların, nəzarət xidmətlərinin, təmizləyici qurğuların səmərəsiz fəaliyyətinin qarşısını ala bilmir. Ətraf mühiti çirkləndirən, xammaldan alınan faydalı elementlərin əmsalını, əmək məhsuldarlığını, nəhayət, ətraf mühitin çirklənməsinin mənbəyi olan tullantılara görə tətbiq edilən əsas tədbirlər- cərimə üsulu, inzibati cəza bəzi hallarda hüquqi sanksiyalardan istifadə eddilməsi hesab olunur. Uzun müddət davam edən belə neqativ halları törədən şəxslər, təbiətə müdaxilə edən səbəbkarlar aşkar edilir, cəzalandırılır. İndi bir çox ölkələr belə vəziyyətin qarşısının alınması məqsədilə bir sıra tədbirlər həyata keçirir və onun bəhrəsini görür.
Bazar münasibətləri və istehsal sahələrinin özəlləşdirilməsi dövründə ətraf mühitə dəyən antropogen, texnogen təsirlərin əvvəlcədən aradan qaldırılmasının əsas yollarından biri yeraltı, yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, bunun əsasında iqtisadiyyatın dinamik inkişafının təmin edilməsidir. Yeni islahatlar dövründə yeraltı xammal ehtiyatlarından istifadə edilməsi mexanizmi təkmilləşməlidir. Bunun əsas məzmunu ilkin, təkrar xammal ehtiyatlarının istifadə edilməsinə görə haqq ödənişi şəraitində istismar, emal, istifadə proseslərində itkiləri minimuma endirməklə, ətraf mühitə dəyən zərəri məhdudlaşdırmaqdır. Belə tədbir torpaq, su sərvətlərindən istifadə proseslərində daha artıq səmərə verir.
Bir çox ölkələrdə, o cümlədən Avropa ölkələrində, məsəslən, Böyük Britaniyada, Almaniyada torpaqlardan istifadəyə görə lisenziyanı yerli təşkilatlar verir ki, bu da regionda iqtisadi inkişafı, ətraf mühitin mühafizəsini təmin edir və müvafiq məhsullar istehsalının təşkili və planlaşdırılması işlərinin səmərəliyini artırır. Torpaqların istifadəyə verilməsi təkcə onların kənd təsərüffatının, qeyri-istehsal sahələrinin inkişaf etdirilməsi məqsədinə xidmət etmir. Elm və texniki tərəqiyyə əsaslanan sənaye sahələri, xüsusilə qeyri-ənənəvi energetika, kimya müəssisələri fəaliyyətdədir ki, onların tullantılarının açıq havada yığılması ekoloji təhlükə və təxribat mənbəyi kimi yolverilməzdir.
İndi elə ölkələr var ki, məsələn Rusiya Federasiyası ətraf təbii mühit üçün son dərəcə zərəli olan tullantıların öz ərazisində basdırılmasını gəlir mənbəyinə çevirib. ABŞ və Fransa zərərli tullantılrın, xüsusilə reaktiv elementlərin basdırılmasını “ ticarət”in bir növünə çevirmiş və bunun öz ərazilərində həyata keçirilməsi lisenziya ilə yerinə yetirilir.Torpaqdan, sudan istifadəyə görə lisenziya verilməsi Almaniyada daha çox yayılıb. Bu üsul İsveçrədə heyvanların, meşə, su sərvətlərinin istifadəsi, mühafizəsi məqsədilə daha geniş tətbiq edilir və bu, dövlətin, müvafiq təşkilatların nəzarəti altında aparılır.
Onu qeyd etmək lazımdır ki, coğrafi mövqeyinə, ərazisinin təbii müxtəlifliyinə, xüsusilə geoloji, səth quruluşuna görə Azərbaycan Respublikası bir çox ölkələrdən fərqlidir. Bu fərqlər aşağıdakılardan ibarətdir: a) Azərbaycan Respublikasının 60%-ni dağlar əhətə edirki, faydalı qazıntılaırn əksər hissəsi də burada, ekoloji təsirə davamsız sahələrdə yerləşir. b) Müasir dövrdə elmi-texniki tərəqqi, sənaye və beynəlxalq əhəmiyyətinə, potensial dəyərinə gərə respublikanın mineral xammal ehtiyyatında əsas yeri yanacaq-enerji ehtiyatları təşkil edir ki, bunların da 90%-i ekoloji ekstermal təbii şəraitə malik Xəzər dənizində yerləşir. c) Ərazinin təbii-təsərrüfat baxımından ,əhali məskunlaşmasından, təbii sərvətlərin mənimsənilməsindən, relyef quruluşundan asılı olaraq bütün sənaye istehsal tullantılarının “anbarlaşdırılması”, saxlanılması, basdırılması üçün şərait yoxdur. Burada radiaktiv maddələrin həm dəniz akvatoriyasından, həm də quruda basdırılmasından bəhs etməyə dəyməz.
Təbiəti mühafizə tədbirlərinin, ekoloji mühitin tarazlı inkişafında təbiətlə istehsal,onlarla da əhali arasında olan iqtisadi-ekoloji siyasətin hansı səviyyədə həyata keçirilməsində yerli şəraitə uyğun müəyyən fərqlər ortaya çıxır. Bu o deməkdir ki, kompleks əhəmiyyətli konstruktiv xammallardan, məsələn, yanacaq-enerji, metallurgiya, polimetal sərvətlərindən elə istifadə edilməlidir ki, praktiki olaraq təbiəti mühafizə siyasətində əldə edilən iqtisadi-ekoloji səmərə fərdliklə deyil, ümumi ictimai miqyasda dəyərli olsun.
Odur ki, təbii sərvətlərdən istifadə və təbiəti mühafizə siyasətinin tərkib hissəsi olmaqla onların həyata keçirilməsi dövlət milli regional və yerli qanunverici təşkilatları ekoloji sistemdə canlı aləmə dəyən zərərin müəyyən edilməsi zəruri şərt kimi qəbul edilməlidir. Beləliklə, hasilat, istismar, emal prosesində yaranan itkilərin ətraf mühitə verdiyi zərərin hesablanması, tullantıların təkrar emalı bu prosesdə iştirak edən maşın və avadanlıqların aşınmasına, bununla əlaqədar müəyyən qədər metalların əmtəə-material vasitələrinin itkisinə, fondların təmirinə, istismarın əlavə yanacaq-enerji sərfinə görə maliyyə xərclərinin artırılmasına səbəb olur. Lakin bunlar son nəticədə təkrar tullantıların istifadəsindən əlavə məhsullar, ətraf təbii mühitin, torpağın, suyun, atmosfer havasının özünəməxsus saflığının saxlanılması hesabına ekoloji-iqtisadi, sosial inkişaf baxımından özlərini doğruldur.
Deməli, təbii sərvətlərin istismarı, emalı, onların bazasında işləyən sənaye müəssisələrinin, qeyri-istehsal sahələrinin, şəhər təsərrüfatının fəaliyyətindən ətraf mühitə dəyən zərərin hesablanması mürəkkəb proses olub, kompleks amillərin nəzərə alınmasını tələb edir. Müəssisələrin istehsal tullantılarının anbarlaşdırılmasına, onların təkrar emala hazırlanmasına, bunlara sərf edilən elektrik enerjisinə, nəqliyyat vasitələrinə, müəssisələrdə havanın təmizlənməsinə, istehsal fondlarının saxlanmasına, təmirinə, atmosfer havasının çirklənməsi üzündən korroziyaya uğrayan metalların təmizlənməsinə, onların dəyişdirilməsinə və s. sərf edilən əmək, material, maliyyə vəsaiti hesaba alınmalıdır.
Lamiyə İmanlı