Bu yazıda dünya kinematoqrafiyasının ən bahalı personajları haqqında topladığımız maraqlı məlumatları təqdim edirik.
Skrudj Mkdak
Skrudj Mkdak və ya Skrudj əmi məşhur "Ördək nağılları" cizgi filminin əsas personajlarından biridir. Skrudj Amerika animasiyası və komiksində sahibkarların əsl üzlərini göstərən uydurma bir personajdır. Xəsisliyin bir simvoluna çevrilən bu personaj qəribə və bəzən məzəli hərəkətlərinə görə uşaqlar tərəfindən çox sevilmişdi. Bu personajı yaradan insanlar etdikləri işə görə 65.4 milyard dollar almışdılar.
Forrest Qamp
"Forrest Qamp" – Robert Zemekisin rejissorluğunu, Erik Rotun ssenaristliyini etdiyi 1994-cü il ABŞ istehsalı filmdir. Film Uinston Qrumun eyniadlı romanı əsasında çəkilsə də, ssenari romandan çox böyük ölçüdə fərqlidir. Baş rollarda Tom Henks, Robin Rayt, Geri Sinis, Maykelti Vilyamson və Salli Fild kimi görkəmli şəxslərin yer aldığı film zəka səviyyəsi 75 olan birinin həyatını təsvir edir. Zəka səviyyəsindən ötrü dövlət məktəblərinə girməkdə belə çətinlik çəkən Forrest Qamp zaman keçdikcə məntiqə uyğun gəlməyən nailiyyətlərə imza atır. Hər nə qədər zəka səviyyəsi aşağı olsa da, fiziki olaraq son dərəcə sağlam olan Forrest zaman keçdikcə baş verən hadisələr zəncirində bizi xəyal edə bilməyəcəyimiz bir dünyaya aparır. Bu filmin baş rolunu canlandıran Tom Hens oynadığı rola görə 5.7 milyard dollar qonorar almışdı.
Lyütsius Malfoy
"Harry Potter" filmində neqativ bir personaj kimi tanınan Lyütsius Malfoy kainatın ən zəngin sehrbazlarından biridir. Oynadığı bu rola görə aktyor 1.6 milyard dollar qonorar almışdı.
Lara Kroft
2000-ci illərdən bu günə qədər bir ulduza çevrilən Lara Kroft personajı dünyadakı pərəstişkarlarını hələ də həyəcanlandırmaqda davam edir . Atletik bədənə və təbii cazibəyə sahib olan bu gözəl personajı Angelina Coli canlandırıb. Oynadığı həmin rola görə aktrisa 1.3 milyard dollar qonorar almışdı.
Mister Monopoliya
Monopoliya oyununun əsas üzünə çevrilən bu kök, bığlı kişi dünyanın ən bahalı personajlarından biridir.
Çak Bas
"Qeybətcil" serialının əsas canisini canlandıran əsas personaj Çak Bas əmlak maqnatı Bart Bassın oğludur. Neqativ bir personaj olan Çak intriqalardan qidalanan və insanlardakı ən aşağı təzahürləri çox sevən biridir. Ed Westwick-in canlandırdığı Çak Bas personajı 1.1 milyard dollar qonorar almışdı.
Lüsil Blut
Lüsil Blut "Geridə qalan inkişaf" serialının əsas qəhrəmanlarından biridir. Lüsil personajı namussuz və əyyaş bir qadın kimi tanınıb. Əri həbsdə olarkən özünü layiqli bir vətəndaş və namuslu qadın kimi qələmə versə belə, qanunsuz işlərlə məşğul olurdu. Neqativ bir personaj olsa da insanların böyük marağına səbəb olduğu üçün bu personajı canlandıran aktrisa 1 milyard dollar qonorar almışdı.
Colin Bennet
"Ofis" serialının "kraliçası" adlandırılan Colin Bennet personajını canlandıran aktrisa Keti Beyts bu məşhur roluna görə 1 milyard dollar qonarar alaraq zənginləşmişdi. O, hətta özünəməxsus kağız şirkətini açaraq sərvətini daha da artırmışdır.
Ceffi Lebovski
1998-ci ildə Koen qardaşlarının çəkdiyi “Böyük Lebovski” filmində baş qəhrəman Cef Lebovski obrazı ilə tanınan Devid Hadlston oynadığı bu rola görə 1 milyard dollar qonorar almışdı. Ceffi personajının həyatı özü qədər mübahisəlidir. Koreya müharibəsinin qazisi, əlil arabasına məhkum olan bu personaj həyatının şansını dəyərləndirərək gənc və gözəl xanımla evlənir. Qeyd edək ki, Amerikalı aktyor Devid Hadlston 85 yaşında vəfat edib.
Samirə Tağıyeva, "İki sahil"