14 sentyabr 2021 17:07
678

Milan deyəndə ağlımıza ilk nə gəlir? - FOTO

Bir çoxumuzun gözündə İtaliya mütləq ziyarət edilməli, görülməli bir ölkədir. Çünki ölkənin hər bölgəsi fərqlidir və bir turistin axtardığı çox şey İtaliyada var. Roma, Florensiya, Venesiya ... Bəs, Milan? Milan deyəndə ağlımıza nə gəlir?

Derbi della Madonnina

“Milan” ilə “İnter Milan” arasındakı derbi, əlbəttə ki, dünyanın ən əhəmiyyətli derbilərindən sayılır. Bu iki komanda 10 yanvar 1910 -cu ildən üz -üzə gəlir. Dünya futbolunu yaxından izləyənlərin çox yaxşı bildikləri üçün aralarındakı  bu rəqabət dayanmadan davam edir.

Paolo Maldini

"Milan"dan bəhs edərkən Paolo Maldini haqqında danışmamaq mümkün deyil. 1968 -ci il təvəllüdlü Maldini bütün futbol karyerasını "Milan"da keçirib. 1984-2009-cu illərdə "Milan" forması geyinən əfsanəvi futbolçu klub və şəhərdən başqa, həm də bütün ölkə üçün dəyəridir.

Moda həftəsi

Dünyanın moda həftələrini yaxından izləyirik. Amma moda haqqında danışanda bəlkə də ağla gələn ilk şəhər Milan ola bilər. Əlbəttə ki, bunda  bir çox məşhur italyan dizaynerlərin töhfəsi böyükdür.

Galleria Vittorio Emanuele

Şəhərin ən əsas simvollarından biri Galleria Vittorio Emanueledir. Bu şəhərdə alış-veriş etməzdən əvvəl mütləq görməli olduğunuz ilk yer buradır. Bir ucu Duomo meydanına, digər tərəfi isə La Scala meydanına baxır. İtaliyanın ən qədim ticarət mərkəzi olan bina 1877 -ci ildə inşa edilib.

Serra Yılmaz

İtaliya deyiləndə ağla gələn adlardan biri də türk aktrisa   Serra Yılmazdır. O, bu yaxınlarda “MIX Milano” kino festivalında “Komediya Kraliçası” mükafatına layiq ğörülüb. Buna görə də onu artıq hər kəs bir milanlı olaraq tanıyır.

Vüsal Cahanov, “İki sahil”