14 sentyabr 2021 17:59
696

Maskanı 4 saatdan artıq istifadə etməyin

Koronavirus infeksiyası ilə əlaqədar son bir neçə aydır hər kəs maskadan istifadə edir. Bəzən qapalı yerlərdə, bəzən açıq havada taxılan bu maskaları tez-tez dəyişmək mütləqdir.

"İki sahil" xarici KİV-ə istinadən xəbər verir ki, amskanı 4 saatdan artıq taxmaq olmaz. Əgər maska nəfəs aldıqca islanıbsa, onu həmin dəqiqə çıxartmalısınız.

Mütəxəssislər bildirib ki, ən çox da uşaqların maskanı uzunmüddətli taxması təhlükəlidir. Bu, uşaqlarda nəfəsçatışmazlığı, astma kimi problemlər yarada bilər.

Nəm maska ağız ətrafında səpkilərin, allergiyanın yaranmasına gətirib çıxarır.

Nəfəs aldıqca maska tərləyir, bu da uzun müddət istifadə olunarsa, göbələk xəstəliyinə gətirib çıxarar.  

4 saatdan artıq taxılan maskada bakteriyalar çox toplanır. Bu da nəfəs aldıqca orqanizmimizə keçir.

Maska tozu tez çəkir. Buna görə də onu 4 saatdan artıq yeniləmək mütləqdir.

4 saat ərzində isə maskanı hər 10 dəqiqədən bir aşağı çəkib sərbəst nəfəs alın.