14 sentyabr 2021 20:28
1117

SOCAR rəsmisi: Ukrayna genişlənməyi hədəflədiyimiz əsas bazarlardandır

Ukrayna SOCAR-ın genişlənməyi hədəflədiyi əsas bazarlardandır.

“İki sahil” xəbər verir ki,  bu barədə SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov ICIS-ə (Independent Commodity Inteligence Services) müsahibəsində deyib.

O bildirib ki, şirkət 2015-ci ildən Ukraynada qaz satışlarının həyata keçirilməsi ilə məşğuldur. SOCAR qarşıdakı 5-10 il ərzində Ukraynada tələbatı nəzərə alaraq fəaliyyət portfelini ən azı iki dəfə artırmağı planlayır.