17 sentyabr 2021 19:30
1057

Şəkərə xeyirdir, ürəyi gücləndirir, dərini gözəlləşdirir...

200-dən çox növü olan kətan toxumu orqanizm üçün ən faydalı qidalardandır. Amma onu həddindən çox qəbul etmək orqanizm üçün ziyandır.

"İki sahil" xarici mediaya istinadən xəbər verir ki, həm arıqlamağa kömək edən, həm də sağlamlıq üçün faydalı olan bu qidanın bir çox növü var.

Tərkibində proteyn, omeqa 3 vitamini mövcuddur. Yaşlanmanın qarşısını alır. Bədəndəki piyləri parçalayır. Həm də immuniteti gücləndirir.

Toxluq hissi yaradan kətan toxumu qandakı şəkər balansını tənzimləyir. Metobolizmanın güclü işləməsinə yardımçı olur. Qəbizlik problemini aradan qaldırır.

Tərkibindəki E vitamini dırnaqları möhkəmləndirir, saç tökülməsinin qarşısını alır, dərini nəmləndirir, səpkiləri aradan qaldırır.

Xərçəngdən əziyyət çəkənlər müalicə ərəfəsində kətan toxumundan istifadə edə bilər. Ürəyin işini möhkəmləndirir, problemləri aradan qaldırır.

Çalışın kətan toxumunu çiy yeməyin. Çünki tərkibində toksinlər var. Onu qovurub, qatığa, salata qataraq yeyə bilərsiniz. Yağından rahat istifadə etmək mümkündür. Uağını saç dibinə, dırnağa, üzə çəkmək olar.