25 sentyabr 2021 12:33
822

Ukraynalı qubernator: Zakarpatiye vilayətində SOCAR YDM-ləri niyə olmasın?

2020-ci ildə Azərbaycanla Ukraynanın Zakarpatiye vilayəti arasında ticarət dövriyyəsinin dəyəri 300 min ABŞ dolları, 2021-ci ilin I yarısında isə 140 min dollar olub".

“İki sahil” xəbər verir ki, bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında vilayətin qubernatoru Anatoliy Poloskov bildirib.

"Başa düşürəm, koronavirus (COVID-19) pandemiyasına görə ötən il həyatımızdan sanki ayrı keçdi, biznes olmadı, amma əlaqələrimizi gücləndirməli olduğumuza zərrə qədər şübhə etmirəm. Məsələn, götürək SOCAR-ı. Nəyə görə də Zakarpatye vilayətində SOCAR-ın yanacaqdoldurma məntəqələri (YDM) olmasın?! Yəni bu məsələni perspektiv əlaqə kimi nəzərdən keçirə bilərik", - deyən A.Poloskov daha bir təklif irəli sürüb: "Açmağı planlaşdırdığımız sənaye parkları Azərbaycan üçün də maraqlı ola bilər. Bu parklar investorların işləməsi üçün rahat ərazilərdir. Buna görə də faəliyyət sahələrini məhdudlaşdırmırıq, biznes qurmaq üçün münbit şərait yaradırıq, investisiyaların qorunmasını, investorların maraqlarının müdafiəsini təmin edirik. Odur ki, yeni sənaye parkları istifadəyə verildikdən sonra bu barədə məmnuniyyətlə Azərbaycan tərəfinə məlumat verərik".