İranla qonşu ölkələr, o cümlədən Azərbaycan arasında münasibətlərdə gərginlik yaratmaq düşmənlərin arzusudur.
“İki sahil” xəbər verir ki, bunu İran İslam Şurası Məclisinin deputatı və Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Mahmud Abbaszadə Meşkini "Tvitter" səhifəsində yazıb.
M.Abbaszadə Meşkininin sözlərinə görə, qonşu ölkələrlə münasibətlərin möhkəmləndirilməsi İranın xarici siyasətinin prioritetlərindəndir: “Gərginlik yaradan hər hansı davranış və ya mövqe düşmənlərin məqsədidir".
Qeyd edək ki, İranın Qarabağa qanunsuz yük daşımaları Azərbaycanı ciddi narahat edib. Bakının etirazına baxmayaraq, bir ay sonra İran yük maşınlarının Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz daxil olmağı ilə bağlı görüntülər də yayılmışdı. Eyni zamanda, məsələ ilə bağlı sentyabrın 12-də Azərbaycan Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanıb. Bununla bağlı Azərbaycanın Gorus-Qafan yolunun Qubadlının Eyvazlı kəndi yaxınlığından keçən hissəsində polis postu qoyulub. Burada İrandan Ermənistana, oradan isə Azərbaycanın Qubadlı rayonunun ərazisindən keçən yük maşınlarına nəzarət olunur.
Azərbaycan ilə Aİ arasında yeni ikitərəfli saziş üzrə danışıqların bərpası ilə bağlı müzakirələr aparılıb
Şahbaz Şərif: Antalyada İlham Əliyevlə Pakistan-Azərbaycan tərəfdaşlığını müzakirə etdik
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri və üzvləri BMT Baş katibliyində gender balansına dair çağırış ediblər
TÜRKPA Baş katibi Şimali Kiprin Cümhuriyyətçi Türk Partiyasının sədri ilə görüşüb